“Taliban” Əfqanıstanı qlobal terror yuvasına çevirib və bu, çox ciddi təhlükədir".
EDNews.net xəbər verir ki, bu barədə Əfqanıstanın Müqavimət Cəbhəsinin lideri Əhməd Məsud Böyük Britaniyanın Oksford Universitetində keçirilən video-konfransda deyib.
Konfrans onun atası, Əfqanıstanın milli qəhrəmanı Əhməd Şah Məsuda həsr olunub.
Əhməd Məsud bildirib ki, əfqan cəmiyyətinin yalnız bir hissəsini təmsil edən sistem çökməyə məhkumdur: "İnsanların yerli liderləri seçə bilmək imkanına malik olmalıdırlar. Bu, idarəetmə modeli Əfqanıstanda son bir əsrdə mövcuddur".
O, taliblərin hakimiyyətə yiyələnməsindən sonra qadınların hüquqlarına məhəl qoyulmadığını, onların təhsil hüququndan məhrum edildiyini söyləyib: "Biz qadın hüquqlarına hörmət edən və bütün ölkələrlə yaxşı münasibətləri olan inklüziv bir dövlət görmək istəyirik"