Almaniya Prezidenti Frank-Valter Ştaynmayer, həyat yoldaşı Elke Budenbender ilə birlikdə bu gün Bundestaq seçkilərində səs verib.
EDNews.net APA-ya istinadən bildirir ki, o, seçimini Berlinin qərbindəki Erich Kestner məktəbində təşkil edilən seçki məntəqəsində edib.
Seçki günü Ştaynmayer, vətəndaşları sandıq başına gəlməyə və səs verməyə çağırıb.