ABŞ Müdafiə Naziliyi (Pentaqon) Livan, İraq və Malayziyaya üç növ ağır taktiki yük maşını və ağır avadanlıq daşıyan vasitələr tədarük etməsi üçün “Oshkosh Defence” şirkəti ilə müqavilə imzalayıb.
EDNews.net xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.
Müqavilənin ümumi dəyəri 16.7 milyon dollardır. Xarici hərbi satış proqramı çərçivəsində satılan M1120A4, M977A4 və M978A4 taktiki yük maşınlar və M1070A1 vasitələri 2022-ci ilə qədər sifarişçilərə təhvil verilməlidir.
M1120A4 11 ton, M977A4 10 ton yükləmə qabiliyyətinə malikdir. Yanacaq daşımaq üçün istifadə edilən M978A4 tankeri 2500 qallon yanacaq nəql edə bilər və M1070A1 tank daşıyıcısı isə maksimum 75 tonluq yük daşışma qabiliyyətinə malikdir.
Məlumata görə, ümumilikdə 3 ölkəyə hər birinin dəyəri təxminən 200 min dollar olan 80 yük maşını təhvil veriləcək. Yerdə qalan vəsait təmir üçün istifadə olunacaq.