"ABŞ girişinə blok qoyduğu İrana məxsus 10 milyard dollar vəsaiti sərbəst buraxarsa, nüvə müzakirələrinə daha tez qayıdarıq".
EDNews.net Yenisabah.az-a istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib.
Nazir bunu dövlət televiziyasına geniş müsahibəsində açıqlayıb.
Xatırladaq ki, İslam respublikası Vyanada aparılacaq danışıqlar üzrə xüsusi qrup yaradıb.