İran oktyabrın bu gün səhər saatlarında ölkənin mərkəzi hissəsində kütləvi hava hücumundan müdafiə təlimlərinə başlayıb.
EDNews.net xəbər verir ki, bu barədə ölkənin dövlət televiziyası məlumat yayıb.
Məlumatda deyilir ki, təlimlərdə nizami ordu, Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə Qoşunları və İslam İnqilabı Keşikçiləri Korpusunun aerokosmik qüvvələrini təmsil edən elit bölmələr iştirak edir.
, İran mütəmadi olaraq bu cür təlimlər keçirir və bəyan edir ki, bu qoşunların döyüş hazırlığını qiymətləndirmək və ölkənin hərbi imkanlarını nümayiş etdirmək məqsədlərini daşıyır.
"Vəlayət" adlanan kütləvi təlimlər iki gün davam edəcək.
Qeyd edək ki, oktyabrın əvvəlində İran ölkənin şimal-qərb bölgəsində (Ərdəbil, Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Zəncan əyalətlərində) haubitsalar, pilotsuz təyyarələr, vertolyotlar və zirehli maşınlardan istifadə edərək Azərbaycanla sərhəd yaxınlığında təlimlər keçirib.