NATO həyəcan siqnalı verdi - Çin bizə yaxınlaşır - ednews.net

3 Dekabr, Cümə

NATO həyəcan siqnalı verdi - Çin bizə yaxınlaşır

Dünya A- A A+

Çinin artan potensialının yaratdığı çağırışlar və onlara qarşı fəaliyyət NATO-nun yeni strateji konsepsiyasına daxil ediləcək.

EDNews.net xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

“NATO Şimali Amerika və Avropanın ittifaqıdır. Bu region terrorizm, kibertəhlükəsizlik kimi qlobal çağırışlarla bərabər, Çinin yüksəlişiylə də toqquşur. Ona görə də iş bizim kollektiv müdafiəmizin möhkəmlənməsinə qədər gəlib çıxır. Biz deyə bilərik ki, Çinin yüksəlişi artıq bizim təhlükəsizliyimizə təsir edir. Çin bizə yaxınlaşır. Biz onları Arktikada görürük, kiberməkanda görürük. Biz görürük ki, onlar ölkələrimizin həddən artıq vacib infrastrukturuna əhəmiyyətli vəsaitlər yatırırlar. Üstəlik, onların NATO-nun bütün ölkələrini vuracaq çoxlu uzaq mənzilli silahları peyda olur. Onlar uzaq mənzilli qitələrarası raketlər üçün çoxlu sayda şaxtalar tikirlər”, - deyə o bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...