İranda taxt-tac döyüşləri başlayıb

Dünya 09:00 19.10.2021

İranda sabiq prezident Həsən Ruhani administrasiyasının əməkdaşlarının təmizlənməsi gedir. Mərkəzi Bankın sabiq rəhbəri 10 illik həbs cəzasına məhkum olunub.

EDNews.net xəbər verir ki, onun müavini –Vyanada nüvə sazişi ilə baglı danışıqlarda Ruhaninin nümayəndəsi olmuş Abbas Araqçinin qohumu Əhməd Araqçi 8 il həbs cəzası alıb. Sabiq prezident Ruhaninin doğma qardaşı da məhbəsdədir.  

Məclisdə və hazırkı prezident İbrahim Rəisinin administrasiyasındakı mühafizəkar çoxluq vaxt itirmək və “islahatçılar”ın tanınmış liderlərinə siyasi arenaya qaytımağa şans vermək istəmir. Odur ki, onların düşərgələrini yavaş-yavaş deyil, birdən təmizləyir, lövhədəki fiqurları tutduqları mövqedən asılı olmayaraq vurub aşırırlar.    

Ruhaninin qardaşı türmədədir, eks-prezidentin özünə də çatmağa çalışırlar...

Taxtından salınmış hər tanınmış ada isə komandasında müxtəlif vəzifələr tutmuş onlarla adam düşür. Bununla yanaşı, islahatçı düşərgənin ən yuxarısına çatmaq cəhdləri bitmir. Məqsəd Ruhaninin özünü, sabiq xarici işlər naziri Cavad Zərifi və ölkənin sabiq vitse-prezidenti İshaq Cahangirini məsuliyyətə cəlb etməkdir.  

İran Məclisinin Daxili İşlər üzrə Komitəsinin sədr müavini Məhəmməd Hüseyn Asafari sabiq prezident Ruhani və sabiq xarici işlər naziri Zərifi Vyanadakı nüvə danışıqlarında müvəffəqiyyətsizliyə uğramaqda günahlandıraraq, onların işinin məhkəməyə verilməsinə çağırıb. Hərçənd Vyana danışıqları olmadan belə, onları ittiham edəcək məqamlar çoxdur.  

Həftənin əvvəlində Məclisə sabiq administrasiyanın fəaliyyətinin istintaqının nəticələri təqdim olunub. Sənədlərdə “Ruhaninin İran islam respublikasının prezidenti olduğu dövrdə qanunsuz davranışı” qeyd olunur. Bura petisiya – “Böyük İran xalqının kollektiv şikayəti” də əlavə edilib. Petisiyanı tələbələr, alimlər və cəmiyyətin müxtəlif təbəqələrindən olan yarım milyondan  çox insan imzalayıb.  

İttiham dəsti çox rəngarəngdir.  İran valyutasının dəyərdən düşməsindən, işsizliyin və inflyasiyanın artmasından başlamış eks-prezidentin sanksiyaların ləğvini vəd etdiyi “aldadıcı nitqlər”inə qədər.  “İdeoloji təxribatlar” ittihamı da unudulmayıb:  petisiyanın mətnindən bəlli olur ki, Ruhani millətin mənəvi əsaslarının dağıdıcısıdır - onun siyasəti nəticəsində boşanmaların sayı çoxalıb, narkomaniya çiçəklənib,  seksual cinayətlərin və ümumiyyətlə cinayətlərin sayı artıb, qumar oyunları geniş yayılıb.

Onu həmçinin “ikili vətəndaşlığı olan casuslardan aparıcı dövlət vəzifələrində yararlanmaqda,  ənənəvi İran təbabətinin qarşısını almaq və ÜST-ün tələblərini qeyd-şərtsiz yerinə yetirməklə koronavirusla bağlı ölümlərin artmasına şərait yaratmaqda” ittiham edirlər.

“Düşməndən sərt qisas almağa mane olmaq, təcavüzkarın təhlükəsizliyini təmin etmək yolu ilə millətin və ölkənin təhlükəsizliyinə təhdid və hərbi təhlükə yaratmaq” - bu ittihamların da cəzası yüngül deyil. Xüsusən nəzərə alsaq ki, məhkəmə hakimiyyətinin başında İbrahim Rəisinin sadiq silahdaşı Qulamhüseyn Möhsüni-Əcai dayanır. O isə siyasi proseslərlə bağlı hökmlərdə heç vaxt yumşaqlıq göstərməyib.

Ancaq İranın siyasi düzənində ən miqyaslı, əsl tektonik çat Laricani klanının çöküşüdür. 2019-cu ildə Əli Xameneinin ən ehtimali varisi sayılan Sadıq Laricani məhkəmə hakimiyyətinin rəhbərliyindən kənarlaşdırılıb.  Bu ilin sonunda Ali rəhbər Əli Xamenei onu İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Şurasından uzaqlaşdırıraq əslində böyük siyasətdən kənarda qoyub.

Laricani özünün sonuncu strateji postunu itirib...

Əli Laricaninin uzun illər Məclisə rəhbərlik etmiş qardaşı prezident seçkilərinə buraxılmadı, bu günlərdə isə Xameneinin adına bəyanat yollayaraq Çinlə strateji əməkdaşlıq üzrə xüsusi nümayəndə vəzifəsindən istefa verdiyini açıqlayıb.  İstefa qəbul olunub və həmin vəzifəyə hazırkı vitse-prezident Məhəmməd Möhbər təyin edilib.

Yəni, Laricani klanının bu nümayəndəsinə də İran şakimiyyətinin dəhlizlərində yer tapılmayıb. Görünür, Xamenei İranla Çinin geniş reklam olunan 25 illik strateji əməkdaşlığı layihəsinin reallaşmasında hər hansı irəliləyişin olmasını gözləməkdən yorulub.

Onun qardaşlara qarşı bir neçə cinayət işi açılıb.  Onların gizlətməyə çalışdığı nələrsə var, belə ki, Sadıqın xüsusi tapşırıqları ilə işləmiş və Rəisinin istintaqından gizlənərək Rumıniyaya sığınmış hakim bu yaxınlarda pəncərədən yıxılaraq bu klanın sirlərini özü ilə aparıb.

Ola bilsin, Həsən Ruhanini həbs etməyəcəklər. Zərif və Laricani qardaşları isə ya şərti cəza, ya da qısamüddətli həbslə yaxalarını qurtaracaqlar.  Ancaq İslam respublikasının siyasi landşaftı köklü şəkildə dəyişilir. Və bu Əli Xameneinin xeyir-duası ilə İbrahim Rəisinin bütün prezidentliyi müddətində davam edəcək.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı