Yaponiya hökuməti Rusiya ilə sülh müqaviləsi imzalamağa hazır olduğunu bildirib.
Yaponiya nazirlər kabinetinin baş katibi Hirokadzu Matsunonun sözlərinə görə, ölkə hakimiyyəti bu problemi gələcək nəsillərə ötürmək istəmir.
EDNews.net Oxu.az-a istinadən xəbər verir ki, Matsuno qeyd edib ki, bu, mübahisəli ərazilər məsələsinin həllinin vacibliyini bir daha təsdiq etmək üçün yaxşı bir fürsətdir. O, əlavə edib ki, rəsmi Tokio 2018-ci ildə Vladimir Putininlə Yaponiyanın ozamank baş naziri Şinzo Abe arasında Sinqapurda görüşü zamanı əldə edilən razılaşmalar əsasında Moskva ilə dialoq aparmaq niyyətindədir.
Yaponiya 1855-ci il ikitərəfli Ticarət və Sərhəd Müqaviləsinə əsaslanaraq Kuril silsiləsinin cənub adalarını - Şikotan, İturup, Habomai və Kunaşirə iddia edir. Ərazi mübahisəsi İkinci Dünya Müharibəsinin sonundan bəri davam edir, o vaxtdan tərəflər sülh müqaviləsi imzalaya bilmirlər. Bir neçə gün əvvəl Yaponiyanın hazırkı baş naziri Fumio Kisida ölkənin suverenliyinin Cənubi Kuril adalarına qədər uzandığını bildirib.