Bosniyanın əfsanəvi liderinin Ərdoğana şok vəsiyyəti “Oğlum Tayyib...”

Dünya 20:18 19.10.2021

Keçmiş Yuqoslaviyada müsəlman bosniyalıların dini-milli haqları və bərabərliyi uğrunda mübarizə aparan, bu səbəbdən iki dəfə həbs edilən müstəqil Bosniya və Herseqovinanın ilk prezidenti Aliya İzzətbeqoviçin ölümündən 18 il ötür. Bu mübarizəsinə gənclik illərindən başlayan Aliya İzzətbeqoviç 1990-cı illərdə serb və xorvatların Bosniya və Herseqovinanı bölüşdürmək üçün başladığı hücumlarda ölkəsinin müstəqilliyini qorumağı bacarmışdı.

Mübarizənin önündə

Aliya İzzəttbeqoviç 1925-ci il avqustun 8-də Bosanski Samaç şəhərində Mustafa və Xibanın beş övladından biri olaraq dünyaya gəlib. Üç yaşında ikən ailəsi ilə birlikdə Sarayevoya köçən və orada təhsilini başa vuran Aliya gəncliyində ölkədə müsəlmanlara qarşı həyata keçirilən ayrı-seçkilik siyasətinə açıq etiraz edən şəxslərdən biri idi.

İkinci Dünya Müharibəsinin davam etdiyi vaxt Xorvatiyadakı faşist Ustaşa rejimi Bosniya və Herseqovinanı ilhaq edərək, burada müstəqil Xorvatiya dövləti qurdu. Ölkədəki müsəlmanlar “xorvat” adlandırıldı, yəhudilər, serblər və rumınlar da böyük təzyiqlərə məruz qaldılar. Rejimlə razılaşmayan xorvatlar da bu zülmdən əziyyət çəkdilər.

Digər yandan, irqçi və şovinist serblərin qurduğu “Çetnik” hərəkatı aktiv olduğu bölgələrdə müsəlmanları qırmağa başladı. Çetniklərin əsas məqsədi bütün qeyri-serbləri bu coğrafiyadan tamamilə təmizləmək idi.

Aliya əsas məqsədi Yuqoslaviya dövründə ölkədəki müsəlman bosniyalıları dini və milli mövzularda maarifləndirmək olan “Gənc Müsəlmanlar”ın görkəmli simaları sırasında yer aldı. Bu hərəkat müsəlmanların ölkədəki digər etnik və dini icmalarla bərabər hüquqlar əldə etmələrini, “Çetnik” və Ustaşa rejimi tərəfdarları tərəfindən dağıdılmış müsəlman evləri və məscidlərini yenidən qurmağı hədəfləyirdi.

İkinci Dünya Müharibəsindən sonra qurulan Yuqoslaviya Federativ Xalq Respublikası faşizm üzərində qalib gəlsə də, müsəlman bosniyalıların dini və milli problemlərini həll etmədi. Aliya da daxil olmaqla “Gənc Müsəlmanlar”ın bəzi üzvləri “dini maarifləndirmə” fəaliyyətləri səbəbiylə 1946-cı ildə həbs edildi. 21 yaşlı Aliyaya 3 il həbs cəzası verildi.

Həbsxanadan çıxdıqdan sonra Kənd Təsərrüfatı fakültəsinə daxil olan Aliya 2 il sonra Hüquq fakültəsinə keçdi və buradan məzun oldu.

1949-cu ildə Xalidə xanımla ailə quran Aliya İzzətbeqoviçin Leyla, Səbinə və Bəkir adlı üç övladı dünyaya gəldi.

Söz cinayəti

Marksist-leninist fikirlərə malik olan İosif Broz Titonun rəhbərlik etdiyi Yuqoslaviyada insan haqları uğrunda mübarizəsini davam etdirən Aliya “Preporod”, “Qlasnik” və sair kimi qəzet və jurnallarda anonim məqalələr yazdı. Aliya məqalələrini uşaqlarının baş hərflərindən ibarət LSB imzasıyla dərc etdirdi. İslam dünyasının durumu ilə yaxından maraqlanan Aliya İzzətbeqoviçin 1960-cı illərdə yazmağa başladığı “İslam bəyannaməsi” adlı əsəri 1970-ci ildə çap olundu.

1980-ci ildə Titonun ölümündən sonra Yuqoslaviyada ultramillətçi ritorika yenidən çiçəklənməyə başladı. O illərdə Cinayət Məcəlləsinə “Söz cinayəti” ifadəsi əlavə olundu. Aliya 1983-cü ildə - “İslam Şərqlə Qərb arasında” kitabının nəşrindən bir müddət əvvəl 12 müsəlman ziyalı ilə birlikdə həbs edildi.

“Sarayevo prosesi” adlanan tarixi məhkəmə başladı. Aliya və digər müsəlman ziyalılar “mütəşəkkil cinayətkar qruplaşma qurmaq”, “söz cinayəti” və “ölkəyə qarşı düşmənçilik fəaliyyəti”ndə ittiham olundu. Aliyanın məhkumluğu “İslam Bəyannaməsi” kitabında yer verdiyi ifadələrə əsaslanırdı. O, 14 il həbs cəzasına məhkum edildi.

Həbsdə də yazmağa davam edən Aliya İzzətbeqoviç “Azadlığa qacışım - Zindandan qeydlər: 1983-1988” əsərini burada qələmə aldı.

Sükan arxasında

Aliya 1990-cı ildə qurulan və bu gün Bosniya və Herseqovinada ən böyük Bosniya partiyası olan “Demokratik Fəaliyyət”in (SDA) ilk lideri seçildi. SDA ilk çoxpartiyalı seçkilərdə Bosniya və Herseqovinada ən çox səsi qazandı, Aliya İzzətbeqoviç isə Yuqoslaviyanın 6 sosialist respublikasından biri olan Bosniya və Herseqovinanın prezidenti oldu.

Yuqoslaviya 1990-cı illərin əvvəllərində parçalanmağa başladı. Yuqoslaviya Xalq Ordusu (JNA) 1991-ci ildə Sloveniyada qarşıdurmalara səbəb oldu, bundan qısa müddət sonra Xorvatiyada da qarşıdurmalar başladı. Bu qarşıdurmalar 1991-ci ildə Bosniya və Herseqovinanın Ravno və Popovo kəndlərinə də sıçradı.

Yuqoslaviyanın parçalanması ilə Bosniya və Herseqovinada müstəqillik məsələsi ön plana çıxdı. Bundan sonra Bosniya müharibəsindəki cinayətlərinə görə ömürlük həbs cəzasına məhkum ediləcək serbiyalı siyasətçi Radovan Karaçiç müstəqillik ideyasına qarşı çıxdı və müharibə olacağı təqdirdə ölkədəki müsəlmanların məhv ediləcəyini bildirdi.

Tarixi Müstəqillik referendumu 29 fevral-1 mart 1992-ci il tarixində keçirildi. Bosniya serblərinin böyük əksəriyyətinin boykot etdiyi referenduma qatılanların 99.7 faizi müstəqil Bosniya və Herseqovinaya “hə” dedi.

Düşmənin amansızlığı

Referendumdan sonra JNA və silahlandırdığı hərbçi serb qruplaşmaları Bosniya və Herseqovinanın müxtəlif şəhərlərinə qarşı hücuma keçdilər. Aliya İzzətbeqoviç bütün bosniyalıları bu hücumlara müqavimət göstərməyə çağırdı. Beləliklə, müstəqillik tərəfdarları onun liderliyi altında sərt mübarizəyə başladılar.

Serbiyalı hərbiləşdirilmiş qruplaşmalar qadınlar və uşaqlar da daxil olmaqla mülki əhaliyə qarşı kütləvi qırğınlar həyata keçirdi. İnsanlar evlərindən çıxarıldı, qadınlara təcavüz olundu, İslam və müsəlmanlarla əlaqəli hər şey məhv edildi. Konslagerlərdə mülki insanlara inanılmaz işgəncələr verildi.

Ölkənin müstəqilliyini müdafiə edənlər şimalda və şərqdə serblərə qarşı, cənubda və qərbdə xorvatlarla şiddətli mübarizə aparırdılar. Priyedor, Byelina, Zvornik, Viseqrad, Srebrenitsa və Foça kimi bir çox şəhərdə, həmçinin 3.5 il ərzində serb qüvvələri tərəfindən mühasirədə olan paytaxt Sarayevoda böyük qırğınlar və soyqırımlar baş verdi.

Ölkəni bölən müqavilə

1995-ci ildə Dayton sülh müqaviləsinin imzalanması ilə başa çatan müharibənin verdiyi zərər çox ağır idi. Təxminən 200 min insan həyatını itirmiş, 1 milyondan çox insan evlərini tərk etmək məcburiyyətində qalmışdı. Müqavilə ölkədə Bosniya və Herseqovina Federasiyası və Serb Respublikası olmaqla iki idarəetmə forması bərqərar etdi. Üstəgəl, Bosniya və Herseqovina Federasiyası 10 kantondan ibarət olacaqdı.

Aliya silahları susdursa da ölkədə mürəkkəb siyasi idarəetmə forması bərqərar edən müqavilə ilə bağlı bunları demişdi: “Bu, ədalətli sülh deyil, amma savaşın davam etməsindən daha yaxşıdır”.

Aliya İzzətbeqoviç müstəqil Bosniya və Herseqovinanın ilk prezidenti və daha sonra yeni siyasi idarəetmədə Prezident Şurasının ilk rəhbəri oldu.

Görüşdüyü son lider

2000-ci ildə səhhətindəki problemlərə görə Prezident Şurasındakı vəzifəsindən istefa verən Aliya İzzətbeqoviç 2001-ci ildə partiyasının qurultayında prezidentliyə namizəd olmayacağını açıqladı. Bosniya və Herseqovina xalqını beynəlxalq səviyyədə tanınan, müstəqil və suveren dövlət qoyan Aliya İzzətbeqoviç 2003-cü il oktyabrın 19-da paytaxt Sarayevoda vəfat etdi.

Aliyəanın ölümündən əvvəl danışdığı son dövlət xadimi dönəmin Türkiyə Baş naziri (indiki prezident) Rəcəb Tayyib Ərdoğan idi.

Ərdoğan ölümündən bir gün əvvəl baş tutan Aliya İzzətbeqoviçlə görüşü haqda bunları demişdi: “Söhbətində mənə dedi ki, “oğlum Tayyib, sən fəthlərin oğlusan. Ona görə də buranı sizə əmanət edirəm. Bu əmanəti qoruyun”.

Aliya İzzətbeqoviç bu görüşün ertəsi günü vəfat etdi.

Cənazəsinə müxtəlif ölkələrdən 150 mindən çox insanın qatıldığı Bosniya lideri ölümündən əvvəl şəhidlər arasında sadə bir məzarda dəfn edilmək istədiyini demişdi. Bu vəsiyyətinə uyğun olaraq Sarayevodakı Kovaçi qəbiristanlığında dəfn olundu.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı