Rusiyanın İranla münasibətləri pis deyil. Ona görə düşünürəm ki, Tehran məsələsi əsas məsələlərdən biri olacaq.
EDNews.net xəbər verir ki, bunu rusiyalı ekspert Sergey Markov Rusiya, ABŞ və İsrail təhlükəsizlik şuraları rəhbərlərinin görüşü barədə danışarkən deyib.
“Əlbəttə, vacib məsələlərdən biri də Əfqanıstandır. Orada vəziyyət kəskin şəkildə dəyişib. Əfqanıstanda, xüsusən də Əfqanıstanın şimalında qruplaşmalar yarana bilər. Harada ki, kəskin dəyişikliklər gözlənilir. Əlbəttə ki, Suriya məsələsinə də toxunulacaq”, - ekspert bildirib.
Qeyd edək ki, İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Çvi Rusiya, ABŞ və İsrail təhlükəsizlik şuraları rəhbərlərinin görüşü olacağı barədə razılaşma əldə edildiyini açıqlamışdı.