Avropa İttifaqı Polşanı cəzalandıra bilər - ednews.net

27 Noyabr, Şənbə

Avropa İttifaqı Polşanı cəzalandıra bilər

Dünya A- A A+

Avropa İttifaqı Polşanı maliyyə subsidiyalarını kəsməklə hədələyib.

EDNews.net xəbər verir ki, Avropa Komissiyasının prezidenti Ursula fon der Layen Avropa Parlamentində çıxışında Polşa Konstitusiya Məhkəməsinin ölkə konstitusiyasını Aİ normalarından üstün olması haqqında qərarını Aİ-nin birliyinə təhdid adlandırıb.

Layen qeyd edib ki, Aİ-nin bütün üzvləri qanunun aliliyinə riayət etməlidir. "Polşa qərarını dəyişməsə, nəinki  Avropa Yenidənqurma Fondununun maliyyələşməsindən, həm də Aİ-nin səsvermə prosedurundan da Polşa kənarlaşdırıla bilər".

Polşanın Baş naziri Mateuş Moravieçki Avropa Parlamenti qarşısındakı çıxışında dialoqa çağırış edib.

Qeyd edək ki, oxşar sağ populist hökumətlərin hakimiyyətdə olduğu Macarıstan kimi, Polşa da Avropa İttifaqı ilə uzun müddətdir ki, problem yaşayır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...