Mixeil Saakaşvili tibbi yardım qəbul etməyə razılıq verib - ednews.net

30 Noyabr, Çərşənbə axşamı

Mixeil Saakaşvili tibbi yardım qəbul etməyə razılıq verib

Dünya A- A A+

Gürcüstanda həbsdə saxlanılan sabiq prezident Mixeil Saakaşvili həkimlərin ona yardım göstərməsinə razılıq verib.

EDNews.net-in xəbərinə görə, bu barədə siyasətçi yazdığı məktubda bildirib.

O, həbsdə qalacağı müddətdə heç bir formada qida qəbul etməyəcəyini və hətta ölümə hazır olduğunu bildirib: “Bununla belə mən sona qədər sağlam düşüncəmi və işləmək qabiliyyətimi saxlamaq istəyirəm. Buna görə də həkimlər tərəfindən medikamentoz müdaxiləyə razıyam”.

Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. Hazırda Rustavidəki 12 saylı həbsxanada olan siyasətçi artıq 20-ci gündür aclıq aksiyası keçirir. Ötən gün sabiq dövlət başçısına baş çəkən həkimlər onu xəstəxanaya yerləşdirməyi tövsiyə ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...