Rusiyada barıt zavodunda yanğında ölənlərin sayı 16-ya çatıb - YENİLƏNİB - ednews.net

2 Dekabr, Cümə axşamı

Rusiyada barıt zavodunda yanğında ölənlərin sayı 16-ya çatıb - YENİLƏNİB

Dünya A- A A+

Rusiyanın Ryazan vilayətində barıt zavodunda yanğında ölənlərin sayı 16-ya çatıb.

EDNews.net-in TASS-a istinadən verdiyi məlumata görə, barıt sexində baş vermiş yanğın artıq söndürülüb.

Sexin binası tamamilə uçub.

***

Rusiyanın Ryazan vilayətinin Şilov rayonunda “Elastik” zavodunun barıt sexində yanğın baş verib.

Xilasetmə xidmətindən TASS-a bildirilib ki, hadisə nəticəsində 7 nəfər ölüb, 15 nəfər yaralanıb.

FHN-in yerli idarəsindən 9 nəfərin taleyinin naməlum olduğu açıqlanıb.

Yanğına texnoloji prosesin pozulmasının səbəb olduğu bildirilir.

Hadisə yerinə yanğınsöndürmə briqadaları və iki təcili yardım heyəti cəlb olunub. Yanğının qarşısının alınması üçün tədbirlər görülür.

Xilasetmə xidmətindən verilən açıqlamaya görə, yanğın barıt saxlanan birmərtəbəli sexdə qeydə alınıb.

Əhali üçün təhlükə olmadığı bildirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...