Siz kimsiniz ki, Türkiyəni öyrədəsiz? Ərdoğan diplomatları ölkədən qovmaqla hədələdi...

Dünya 12:57 22.10.2021

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan insan haqları müdafiəçisi Osman Kavalanın azad edilməsini tələb edən 10 ölkənin səfirlərini ölkədən qovmaqla hədələyib. 

EDNews.net Moderator.az-a istinadla xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi Kanada, ABŞ, Almaniya və Fransanın diplomatik idarələrinin rəhbərlərini çağıraraq onlardan diplomatik əlaqələr haqqında Vyana konvensiyasına riayət etməyi tələb edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hüquq müdafiəçisi Osman Kavalanın azadlığa buraxılması tələbi ilə bağlı məktub imzalayan Kanada, Fransa, Finlandiya, Danimarka, Almaniya, Hollandiya, Yeni Zelandiya, Norveç, İsveç və ABŞ səfirlərini ölkədən qovacağı ilə hədələyib.

“Niyə bu on səfir belə bəyanatlar verir? Xarici İşlər Nazirliyimizə dedim ki, onları ölkəmizdə qəbul etməməliyik. Sən kimsən ki, Türkiyəyə dərs keçəsən? Kavala ilə bağlı mövzunu bağlayın. Məgər siz öz ölkələrinizdə qatilləri, terrorçuları, quldurları saxlayırsınız? Məgər Amerika Almaniya və başqa ölkələr bunu edirmi? Həmişə cavab verirlər ki, məhkəmə müstəqildir. Belə çıxır ki, sizin məhkəməniz müstəqildir, bizimki yox? Bizim məhkəməmiz müstəqilliyin ən yaxşı nümunəsini göstərir!”, - deyə “Habertürk” telekanalının saytı Türkiyə liderinin sözlərini sitat gətirir.

Ərdoğan Kavala və digər həbs olunmuş şəxs Səlahəddin Dəmirtaşla bağlı vəziyyət haqqında daha ətraflı danışıb.

“Kavala və Dəmirtaşın əməlləri göz qabağında olan terror ocaqlarıdır. Kavalanın digər oxşar vəziyyətlərdən fərqi var, çünki o, Soros Fondu tərəfindən maliyyələşdirilir. Onlar pullarını gətirdikləri yerlərdə həyəcan yaratmağa çalışırlar, ona görə də onları çox diqqətlə izləmək lazımdır. Balkanları qorxutmaq üçün ora girməyə çalışırlar. Bunu Kosovo, Albaniya, Şimali Makedoniya və digər ölkələrdə də edirlər. Buna görə də biz onları Türkiyəyə buraxmamalıyıq”, - deyə o davam edi

Xatırladaq ki, Osman Kavala Türkiyənin ən məşhur insan haqları müdafiəçilərindən biri, milli azlıqların layihələrini dəstəkləyən,  türklərin kürd və ermənilərlə barışmasını müdafiə edən “Anadolu Kültür AŞ” mədəni fondunun qurucusudur. Ötən qış o, 2013-cü ildə İstanbulun Taksim meydanı yaxınlığındakı Gəzi parkında baş verən iğtişaşlara görə bəraət qazanmışdı. Lakin Türkiyə prokurorluğu 2016-cı ilin yayında baş vermiş dövlət çevrilişinə cəhddə iştirak ittihamı ilə Kavalanın həbsinə dərhal yeni order verdi.

Öz növbəsində Səlahəddin Dəmirtaş terrorda ittiham olunur. Türkiyə parlamentinin keçmiş deputatına üst-üstə 140 ildən çox həbs müddəti hökmü çıxarıla bilər.

2020-ci ilin dekabrında Avropa İnsan Haqları Məhkəməsi Dəmirtaşın lehinə qərar çıxararaq Ankaradan siyasətçinin  dərhal azad edilməsini tələb etmişdi.

Avropa İnsan Haqları Məhkəməsinin qərarını şərh edən prezident Ərdoğan bu hökmü siyasi motivli adlandırıb: “39 soydaşımızın ölümünə görə məsuliyyət daşıyan şəxsin azadlığa buraxılmasını tələb etmək ikili standartların və ikiüzlülüyün təzahürüdür”.

Prezident öldürülən vətəndaşlar dedikdə 2014-cü ildə ölkənin cənub-şərqində baş vermiş iğtişaşlar nəticəsində həlak olanları nəzərdə tutur. O vaxt kürd icmasının nümayəndələri Türkiyə hökumətinin Suriyanın şimalındakı Kobani şəhərinin İŞİD hərəkatının tərəfdarlarına təslim edilməsinin qarşısını almaq üçün hərbi əməliyyatdan imtina etməsinə etiraz olaraq aksiyalar keçirmişdilər.

Etirazlar kürdlərlə islamçı millətçilər arasında şiddətli toqquşmalarla başlamışdı. Türkiyə hökuməti məsuliyyəti o vaxt Dəmirtaşın rəhbərlik etdiyi “Xalqların Demokratik Partiyası”nın üzərinə qoymuşdu.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı