“KTMT üzvü Qırğızıstan NATO üzvü Türkiyədən “Bayraktar” TB2 almaq prosesinə başlayıb”.
EDNews.net xəbər verir ki, bunu “Facebook” səhifəsində Ermənistanın İctimai Şurasının keçmiş sədri Styopa Səfəryan yazıb.
Onun sözlərinə görə, Qırğızıstan həm də Türk Şurasının üzvüdür.
“Bu iki inkişaf iki baxımdan vacibdir: 1) KTMT-də KTMT üzvü olmayan, üstəlik NATO üzvü olan ölkədən silah almaq üçün presedent yaradılır, digərləri üçün də pəncərə açılır. 2) Qırğızıstanın türkdilli ölkələr ailəsinə yumşaq və tədricən “inteqrasiya”sı KTMT-yə təsir edəcək. Rusiya bu ittifaqda sadiq bir müttəfiq olan Ermənistana sahib idi, onu da rinqdən çıxardı...”, - deyə Səfəryan bildirib.