ABŞ-ın raketdən müdafiə sistemi nə Rusiya, nə də Çinin nüvə hücumuna tab gətirməyəcək - ednews.net

5 Dekabr,

ABŞ-ın raketdən müdafiə sistemi nə Rusiya, nə də Çinin nüvə hücumuna tab gətirməyəcək

Dünya A- A A+

Amerika raketdən müdafiə sisteminin nə Çindən, nə də Rusiyadan nüvə raket zərbəsinə tab gətirmək şansı yoxdur.

EDNews.net xəbər verir ki, bu barədə “Forbes”in köşə yazarı David Eks yazıb.

O, ABŞ-ın Şimali Koreya və İranın kiçik miqyaslı nüvə hücumlarına qarşı çıxmaq üçün Alyaska, Kaliforniya və Şərqi Avropada raketdən müdafiə sistemlərini yerləşdirdiyini vurğulayıb.

“Ancaq bu müdafiə vasitələri yüzlərlə Çin nüvə başlıqlarından və ya Rusiyadan tam miqyaslı nüvə hücumunu dayandırmaq üçün kifayət deyil”, - deyə nəşr bildirib.

Nəşrdə Pekinin ABŞ-ın təhlükəsizlik strategiyası üçün böyük əhəmiyyət kəsb etməli olan “qismən orbital bombardman” sisteminə sahib olduğu qeyd edilib. Eks bildirir ki, ABŞ-ın köhnə raketdən müdafiə sisteminin bu cür hücumlara tab gətirmə ehtimalı daha aşağıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...