Rusiyanın paytaxtı Moskvada Qırmızı meydana girişə məhdudiyyət tətbiq edilib.
EDNews.net xəbər verir ki, buna səbəb dünəndən başlayan və bu gün də davam edən şiddətli fırtınadır.
Rusiya Federal Mühafizə Xidməti fırtına səngidikdən sonra Qırmızı meydana girişin bərpa ediləcəyini bildirib.