Almaniya kansleri Angela Merkel bəzən müəyyən siyasi siqnalları paltarlarının rəngi ilə əlaqələndirdiyini açıqlayıb.
EDNews.net TASS-a istinadla xəbər verir ki, o, geyimlərini muzeylərə bağışlamaq fikrində olmadığını da qeyd edib:
“Onları müntəzəm olaraq ehtiyacı olanlar üçün paltar toplama məntəqələrinə aparırlar. Paltarlarımı muzeyə vermirəm”.
Hökumət başçısı postundan getməsini şərh edən Merkel qeyd edib ki, indi onun üçün yeni bir zaman başlayır.