Taliban İranda Əfqanıstanla bağlı nazirlərin toplantısına qatılmayacaq - ednews.net

3 Dekabr, Cümə

Taliban İranda Əfqanıstanla bağlı nazirlərin toplantısına qatılmayacaq

Dünya A- A A+

Əfqanıstanda hakimiyyətə gələn radikal Taliban hərəkatının nümayəndələri Əfqanıstanın qonşu ölkələrinin xarici işlər nazirlərinin qarşıdakı görüşündə iştirak etməyəcəklər.

EDNews.net bildirir ki, bu barədə Əfqanıstanın Ariana News telekanalı məlumat yayıb.

Məlumatına görə, bununla bağlı açıqlamanı ölkənin müvəqqəti kabinetində Taliban tərəfindən təyin olunan informasiya və mədəniyyət nazirinin müavini Zabihullah Mücahid verib:

"Əfqanıstan İslam Əmirliyi" (Taliban tərəfindən istifadə edilən dövlətin adı – red.) hökumətinin heç bir nümayəndəsi Əfqanıstanın qonşu ölkələrinin xarici işlər nazirlərinin görüşünə qatılmayacaq ".

Eyni zamanda o, nazirlərin Tehranda planlaşdırılan görüşünü “yaxşı” kimi qiymətləndirib.

Oktyabrın 18-də İran Xarici İşlər Nazirliyi Tehranda keçiriləcək xarici işlər nazirlərinin təkbətək görüşündə altı ölkənin - İran, Çin, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistanın iştirak edəcəyini açıqlayıb.

Tərəflər öz səylərini Əfqanıstanda bütün etnik qrupların iştirakı ilə inklüziv hökumətin formalaşmasına kömək etmək üzərində cəmləməyi planlaşdırır. Bu formatda ilk görüş sentyabrın 8-də onlayn keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...