Rus-Yapon gərginliyi pik həddə - Hərbi gəmilər hərəkətə keçdi - ednews.net

5 Dekabr,

Rus-Yapon gərginliyi pik həddə - Hərbi gəmilər hərəkətə keçdi

Dünya A- A A+

Rusiya donanması aid hərbi gəmilər Yaponiyanın cənub-qərbindəki Tsuşima boğazından keçid edib.

EDNews.net xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi bəyan edib.

Tsuşima boğazının 140 kilometrliyindən keçən rus gəmilərinin Yapon dənizi istiqamətində irəlilədiyi bildirilir.

Eyni zamanda Tsuşimanın 60 kilometr şimal-şərqindən rus gəmisindən helikopter hava qaldırılıb.

Yaponiya hökumətinin sözçüsü İsozaki Yoşihiko bəyan edib ki, hökumət vəziyyəti yaxından izləyir.

“Yaponiyanı əhatə edən sular ilə hava sahəsində müşahidə fəaliyyətini tam gücü ilə davam edirik”,- hökumət rəsmisi bildirib.

Yaponiya ehtimal edir ki, hərbi gəmilər bu ayın ortasından hərbi təlimlər keçirən Rusiya və Çin donanmalarının ünsürləri ola bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...