ABŞ və Türkiyə F-35 ilə bağlı məsləhətləşmələr aparıb - ednews.net

7 Dekabr, Çərşənbə axşamı

ABŞ və Türkiyə F-35 ilə bağlı məsləhətləşmələr aparıb

Dünya A- A A+

Ankarada ABŞ və Türkiyə nümayəndələri arasında F-35 təyyarələri ilə bağlı məsləhətləşmələr aparılıb. Bu barədə Pentaqonun saytı məlumat yayıb. Məlumatda deyilir ki, Pentaqonun nümayəndə heyəti ilə Türkiyənin Milli Müdafiə Nazirliyi arasında görüş keçirilib:

"ABŞ Müdafiə Nazirliyinin nümayəndə heyəti oktyabrın 27-də tərəflər arasında mübahisələrin həlli ilə bağlı müzakirələr aparmaq üçün Ankaraya gedib. Türkiyənin sentyabrın 23-də yekunlaşan F-35 proqramından çıxarılması ilə bağlı məsələləri həll etmək üçün Milli Müdafiə Nazirliyinin nümayəndələri ilə danışıqlar aparılıb".

"Görüş ABŞ hökumətinin Türkiyənin F-35 proqramında əvvəlki iştirakını hörmətlə yekunlaşdırmaq öhdəliyini nümayiş etdirir. Müzakirələr məhsuldar keçib və nümayəndə heyətləri yaxın aylarda Vaşinqtonda yenidən görüşməyi planlaşdırır", - Pentaqon bildirib.

Qeyd edək ki, Türkiyə ABŞ-dan F-35 üçün xərclədiyi 1,4 milyard dolların geri qaytarılmasını istəyir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl jurnalistlərə bildirib ki, ABŞ Prezidenti Baydenlə Qlazqoda gözlənilən görüşündə F-35 məsələsi gündəmdə olacaq:

"F-35 üçün 1 milyard 400 milyon dollar vermişik. Bu ödənişlə bağlı təbii ki, biz onlarla onun bizə necə qaytarılacağını müzakirə etməliyik”.

Virtualaz.org

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...