İki müsəlman dövlətinin davası - qaz tədarükü kəsildi - ednews.net

7 Dekabr, Çərşənbə axşamı

İki müsəlman dövlətinin davası - qaz tədarükü kəsildi

Dünya A- A A+

Əlcəzair Mərakeş vasitəsilə İspaniyaya gedən Məğrib-Avropa magistral qaz kəməri vasitəsilə tədarükü dayandırıb.

EDNews.net xəbər verir ki, bu məlumatı TSA portalı yayıb. Məlumata görə, bu barədə tapşırığı Əlcəzair Prezidenti Əbdülməcid Təbbun verib.

Əlcəzair lideri bu addımı Mərakeşlə yaranan gərginliklə əlaqədar atıb. Belə ki, ölkə qaz tədarükündə iştirak edən Mərakeş şirkətiylə əlaqəni tam dayandırıb.

Mərakeş baş verənlər bağlı açıqlama yayıb. Rəsmi Rabat qaz kəmərinin bağlanmasının milli elektrik enerji sisteminə təsir etməyəcəyini vurğulayıb.

Qeyd edək ki, Əlcəzairlə Mərakeş arasında münasibətlər Qərbi Saxara bölgəsi ilə əlaqədar gərginləşib. Qərbi Saxaranı Mərakeşin öz ərazisi sayması Əlcəzairin kəskin narazalığına səbəb olub. Üstəlik, keçən il Mərakeşin bölgənin ABŞ tərəfindən öz ərazisi kimi tanınmasına nail olması iki ölkə arasında 40 ildir mövcud olan narazılığı pik həddə çatdırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...