İran ABŞ-a məxsus 2 PUA-nı ələ keçirdi - ednews.net

1 Dekabr, Çərşənbə

İran ABŞ-a məxsus 2 PUA-nı ələ keçirdi

Dünya A- A A+

İran Ərəbistan dənizində hava hücumundan müdafiə identifikasiyası zonasına daxil olan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 2 ədəd PUA ələ keçirib.

EDNews.net xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Məlumata görə, İran ordusu ölkənin cənub-şərqində Sistan-Bəlucistan əyalətinin Mekran çimərliklərində keçirdiyi "Zülfüqar 1400" adı altında təlimlər zamanı İranın hava hücumundan müdafiə identifikasiya zonasına (ADIZ) daxil olan ABŞ-a məxsus 2 ədəd RQ4 və MQ-9 tipli PUA-nın ələ keçirilib.

İran bu barədə dərhal ABŞ-a xəbərdarlıq edib.

İddialara görə, ABŞ PUA-ları İran ordusunun keçirdiyi təlimlə bağlı məlumat toplamaq üçün bölgəyə göndərilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...