Separatçılara ən yeni “Qrad-K” reaktiv yaylım atəşi sistemlərinin ötürüldüyü üzə çıxdı - Onlar təkcə Rusiyada var - ednews.net

5 Dekabr,

Separatçılara ən yeni “Qrad-K” reaktiv yaylım atəşi sistemlərinin ötürüldüyü üzə çıxdı - Onlar təkcə Rusiyada var

Dünya A- A A+

Donbass separatçılarının sərəncamına Rusiyanın ən yeni reaktiv yaylım atəşi sistemlərinin verildiyi üzə çıxıb. virtualaz.org xəbər verir ki, “KAMAZ” avtomobillərinin bazasında yığılmış “Qrad-K” reaktiv yaylım atəşi sistemləri rəsmən ancaq Rusiya ordusunun silahlanmasında yer alır və dünyanın başqa heç bir ölkəsinə satılmayıb. Bu da onu təsdiq edir ki, həmin sistemlər separatçılara Rusiya tərəfindən verilib.

ATƏT-in monitorinq missiyasının məlumatına görə, Donbass ərazisində atəş mövqeyinə çıxarılmış 11 reaktiv yaylım atəşi sistemi qeydə alınıb, onların arasında iki “Qrad-K” yer alır.

Qeyd edək ki, bu fakt Rusiyanın Ukrayna sərhədləri boyu qoşun cəmləşdirməsi və Qərb ölkələrinin Kremlin yaxın həftələrdə, şaxtaların düşməsi ilə hücum əmri verəcəyi barədə bir-birinin ardınca daxil olan kəşfiyyat məlumatları fonunda qeydə alınıb. Hazırda Donbassda Ukrayna ordusu ilə separatçılar arasında tez-tez mövqe döyüşləri baş verir, tərəflər ağır artilleriyadan istifadə edirlər.

Virtualaz.org

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...