“NATO məqsədli şəkildə Rusiyanın gücünü sınayır”.
EDNews.net-in xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) saytında bildirilib.
“NATO hərbi gəmilərini və təyyarələrini sərhədlərimiz yaxınlığına göndərərək bizim gücümüzü sınayır, Rusiyanı reaksiya verməyə məcbur edir. Bununla belə, bizim cavab tədbirlərimiz adekvat, mütənasib və təmkinlidir”, - məlumatda qeyd olunub.