Çavuşoğlu: - “Regionda sülhün yaranmasında Türkiyə istehsalı olan müdafiə sənayesi məhsullarının rolu danılmazdır” - ednews.net

28 Yanvar, Cümə

Çavuşoğlu: - “Regionda sülhün yaranmasında Türkiyə istehsalı olan müdafiə sənayesi məhsullarının rolu danılmazdır”

Dünya A- A A+

“Bu gün bölgəmizdə sülh bərqərar olursa, bunda Türkiyə istehsalı olan müdafiə sənayesi məhsullarının rolu danılmazdır”.

EDNews.net-in APA-ya istinadən xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada keçirilən Müdafiə və Aviasiya Sənayesində Qlobal Strategiyalar Konfransında çıxışında deyib.

Nazir Türkiyə XİN-in nəzdində müdafiə sənayesi şöbəsinin yaradılacağını, bununla əlaqədar hazırlıqlar görüldüyünü açıqlayıb.

Türkiyənin çətin bir coğrafiyada yerləşdiyini qeyd edən M.Çavuşoğlu meydanda güclü olmadan diplomatiyada güclü olmanın mümkünsüzlüyünü vurğulayıb: “Meydanda güclü olmağın yolu isə yerli və milli müdafiə sənayesinin inkişafından keçir”.

Nazir onu da deyib ki, gələn il Antalyada baş tutacaq Beynəlxalq Diplomatiya Forumunda müdafiə sənayesinə dair xüsusi toplantının keçirilməsi də nəzərdə tutulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...