Ərdoğanın mitinqində terrorun qarşısı alınıb - ednews.net

21 Yanvar, Cümə

Ərdoğanın mitinqində terrorun qarşısı alınıb

Dünya A- A A+

“Türkiyə təhlükəsizlik qüvvələri şənbə günü Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Siirt şəhərinin cənub-şərqində keçirilən mitinq zamanı işə düşə biləcək partlayıcı qurğu aşkarlayıb və zərərsizləşdirib.

EDNews.net-in məlumatına görə, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Həmzə Dağ “CNN Türk”ə bildirib.

“Mardində xidmətə çıxan polis əməkdaşının maşınının altına partlayıcı qurğu qoyulub, Siirtə gələndə onu işə salmaq planlaşdırılıb. Məqsəd mitinqi, sabitliyi pozmaq olub”, deyə Həmzə Dağ əlavə edib.

Partlayıcı qurğu polis tərəfindən avtomobilə baxış zamanı tapılıb və istehkamçılar tərəfindən məhv edilib, polis şübhəliləri axtarır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...