İldə 13-14 milyon turist qəbul edən neftdən asılı olmayan neft ölkəsi...

Dünya 22:14 06.12.2021
Dubay iqtisadiyyatında neftin payı 1%-ə enib 
 
BƏƏ - federativ quruluşda yaranmış, müxtəlif əmirlikləri özündə birləşdirən bir dövlətdir. Hər bir əmirliyin öz avtonom büdcəsi var. 
Dubay 7 əmirlikdən biridir - ən tanınanı və ən varlısı.
 
BƏƏ ümumilikdə 102 mlrd barel neft ehtiyatı var, amma onun cəmi 4 mlrd bareli Dubay əmirliyinin payına düşür. BƏƏ neftinin 94%-i Abu-Dabi (ölkənin paytaxtı) əmirliyinin əlində cəmləşib. Ölkədə nefti 1962-ci ildə ingilislər kəşf edib.  
Dubay neftinin satışı isə 1967-də başlayıb, yəni ölkə müstəqilliyini əldə etməzdən 4 il əvvəl. Müstəqilliklərinin qəribə tarixçəsi var. Təsəvvür edin: müstəmləkədən azad olmaq istəmirlərmiş, o qədər ki, ingilis çətirinə öyrəşiblərmiş (1861-ci ildən Britaniyanın nəzarətində olub).
 
Dubayda nə var, nə yaradılıb - onda "ingilis barmağı" hiss edilir (lap Honk-Konqda, Tayvanda və Sinqapurda olduğu kimi), nəinki neftin iyi, həqiqətən də belədir: qara qızılın payı iqtisadiyyatda çox kiçikdir.
İndi isə bir balaca "ingilis barmağı"nın sirrindən danışım. Britaniya 1970-ci ildə BƏƏ neftinin hasilatçısı kimi öz təbəələrinə vergi şəklində 160 mln funt sterlinq vəsait ödəmişdi. 1971-ci ilin dekabrında isə razı saldı ki, Ərəb Əmirlikləri müstəqil olsun və əllərində BMT-nin "kupçalı" sənədi olmaq şərti ilə. Müstəqillik aktından sonra neft sənayesi milliləşdirilir, ingilis şirkətləri podratçı qismində çıxış edirlər. 1973-də neftin ilk dünya böhranı yaşanır və qiymətlər 10 dəfə artır, sonrakı 2 ildə 1970-ci illə müqayisədə 30 dəfə. 120 min vətəndaşı olan BƏƏ-nin neft gəliri 1976-da $6 mlrd, 1970-da $12 mlrd, 1985-ci ildə isə $28 mlrd-a çatır. Bu qədər sərvəti yığıb yığışdrmaq lazım idi: onun qaydasını da, qanunu da, səliqə-səhmanını da UK elədi... 
 
70-ci illərin ortasına qədər Yaxın Şərqin hər mənada (siyasi, iqtisadi, investisiya mühiti, mədəni həyatı) 1 N-li liberal ölkəsi Livan sayılırdı. Birdən 1975-də Livanı vətəndaş müharibəsi bürüyür. Nə pul vardı hamısı axışır müstəqilliyinin 3 yaşı təzə tamam olmuş Dubaya... Təkcə kapital gəlmir Dubaya, həm də maliyyə üzrə kadrlar, idarəedici orta menecer sinfi - ofislərdə işləməyə adət etmiş "ağ yaxalılar" (belıe vorotniçki) bir kəndi xarıtladan Dubayı bataqlıqdan çıxarıb magistral yola keçirən insan kapitalının tırtıllı təkərlərini xatırladırdı. 
 
Kapital demişkən...Bu da son deyil... 1979-da Körfəzdə at oynadıb dəvələrlə gəzənlərə GÖZ DAĞI olmuş İranda İslam İnqilabı baş verir... Qaçhaqaç düşür, pul camaatdan əvvəl qaçmağa başlayır... Qərb banklarına çatmayanlar elə oradanca Dubaya üz tuturlar. İsfahan tacirləri, Tehran bankirləri, Bəndər Abbas neftxudaları - nə qədəri qaçır Dubaya - həm pullarını yatırırlar, həm də Dubayın olmayan sənayesini yaradırlar. 
 
Hazırda Dubaydakı sənaye müəssisələrinin 75%-dən çoxu rəsmən yerli vətəndaşlara məxsusdur. Qanuna görə, xarici investorlar birgə müəssisələrdə 49%-dən çox paya malik ola bilməzlər. Bəs yerdə qalan 51%. Bax bu maraqlı məsələdir. 100 milyardlarla vəsaitə sahib Abu Dabi Suverten Fondu haqda eşitmisiniz? Dubayın özünün də belə Fondu mövcuddur. Əmirliyin birində ildə 100 milyon tona qədər neft çıxır, pul "zibil" kimi... Düzdür, onlarda da xaricdə bağ-bostan, villa-badam almaq yetərincədir, amma ölkə daxilində də nə közərdi, ora investisiya ediblər. Beləcə Dubay-a öz əmirliklərindən də pul axıb. 
 
2020-ci ilin nəticələrinə görə, Dubay iqtisadiyyatında neftin xüsusi çəkisi 1% ətrafında olub, 2015-də - 3% idi. 
 
Dubay əmirliyində neft hasilatının pik həddi 1991-yə təsadüf edib - 20 mln ton. Sonra getdikcə azalmağa başlayıb, hazırda 5 mln ton çıxarırlar, quruda istismarda cəmi 1 yataqları qalıb. Proqnoz edilir  ki, 2040-cı ildə Dubay əmirliyində ümumiyyətlə neft hadilatı olmayacaq. 
 
Əmirliyin gəliri turizm, xidmət və ticarətdən formalaşır. Ölkəyə 1 ildə 13-14 mln turist gəlir.
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Makron Starmerdən Fələstini tanımağını istəyir
12:13 05.07.2025
Rusiya aeroportunda 40-dan çox aviareys gecikdirilib
12:08 05.07.2025
Hamısı