ABŞ-ın bu qərarı mühüm sahələrdə qarşılıqlı dialoqa və əməkdaşlığa xələl gətirə bilər.
EDNews.net xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ın Pekində keçiriləcək Qış Olimpiya Oyunlarını boykot qərarı ilə bağlı danışarkən deyib.
Sözçü ABŞ-ın oyunlara zərər vurmağa çalışdığını və bununla öz etibarını zədələdiyini vurğulayıb.
Çin Xarici İşlər Nazirliyi qarşılıqlı tədbirlər görüləcəyini, ABŞ-ın bu səhvlərinin baha başa gələcəyi ilə bağlı xəbərdarlıq edib.