Ərdoğanı Qətərdə şeyx qarşıladı - ednews.net

18 Yanvar, Çərşənbə axşamı

Ərdoğanı Qətərdə şeyx qarşıladı

Dünya A- A A+

Prezident Ərdoğan Dohada Qətər əmiri Şeyx Təmim bin Hamed Al Sani tərəfindən rəsmi mərasimlə qarşılanıb.

EDNews.net xarici KİV-ə istinadən xəbər verir ki, əmirlik Məhkəməsində keçirilən mərasimdə prezident Ərdoğan və Qətər əmiri Al Sani mərasim sahəsində yerlərini aldıqdan sonra iki ölkənin dövlət himnləri səsləndirilib.

Rəsmi qarşılanma mərasimindən sonra prezident Ərdoğan və Al Sani təkbətək görüşə keçiblər.

Mərasimdə xarici işlər naziri Mövlud Çavuşoğlu, daxili işlər naziri Süleyman Soylu, milli müdafiə naziri Hulusi Akar, ticarət naziri Mehmet Muş, kənd təsərrüfatı və meşə təsərrüfatı naziri Bekir Pakdemirli, səhiyyə naziri Fahrettin Koca, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Kommunikasiyalar Direktoru Fahrettin Altun, MİT-in rəhbəri Hakan Fidan, Müdafiə Sənayesi sədri İsmail Dəmir, Prezidentin sözçüsü İbrahim Kalın, AK Partiya sədrinin müavini və partiya sözçüsü Ömər Çelik, Diyanət İşləri Başçısı Əli Ərbaş iştirak edib.

Modern.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...