SSRİ-nin dağılmasından keçmiş sovet elitası, ABŞ və Avropa qazandı.
EDNews.net xəbər verir ki, bunu rusiyalı deputat Vyaçeslav Volodin deyib.
“Keçmiş sovet elitası SSRİ-nin dağılmasından iqtisadi və siyasi cəhətdən qazandı. ABŞ və Avropa isə güclü ideoloji rəqibi ayrı-ayrı ölkələrə bölmək yolu ilə aradan qaldırdılar”, - Volodin bildirib.
Onun sözlərinə görə, 15 dövlətin heç biri SSRİ-nin dağılmasından qazanmadı:
“Bu günə qədər onların hər biri bu faciənin nəticələri ilə üzləşib. İqtisadi və sənaye əlaqələri kəsildi, sənaye potensialı itirildi”.