Əlvida, frau Merkel! - Almaniyanın yeni kansleri seçilib - ednews.net

18 Yanvar, Çərşənbə axşamı

Əlvida, frau Merkel! - Almaniyanın yeni kansleri seçilib

Dünya A- A A+

Almaniya Bundestaqının bu gün keçirilən iclasında Olaf Şolts kansler seçilib.

EDNews.net-in Bundestaqın saytına istinadən verdiyi xəbərə görə, 707 deputatdan 395-i O. Şoltsun namizədliyinin lehinə səs verib.

Sosial Demokrat Partiyasının namizədi olan O. Şolts Belvyu sarayında Prezident Valter Ştaynmayerlə görüşəcək. Burada Almaniya Prezidenti onu və 16 nazirdən ibarət yeni kabineti (7-si SPD-dən, 5-i Yaşıllardan və 4-ü FDP-dən) təsdiqləyəcək. Bundan sonra o, parlamentə qayıdaraq and içəcək və səlahiyyətlərinin icrasına başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...