Baydenin “demokratiya sammiti” Şübhəli məqamlar, ABŞ-ın mənfəəti və geosiyasi maraqları

Dünya 20:14 08.12.2021

Qlobal tədqiqat mərkəzlərindən olan “Karnegi Fondu” ABŞ prezidenti Cozef  Baydenin təşəbbüsü ilə keçirilən virtual “demokratiya sammiti”ni təhlil edib. Tədbirə dəvət alan dövlətlərdən  hər birini araşdırıb, qeyri-adi görünən məqamların üzərində dayanıb. Fond tərəfindən hazırlanan və “Baydenin demokratiya sammitində kimlər var?” başlığı ilə təqdim edilən analitik məqalə ayrı-ayrı beynəlxalq təşkilatların sammiti barədə rəylərinin müqayisəli təhlili üzərində qurulub.

Bu sırada ilk olaraq “Freedom House” və onun 2021-ci il üzrə  hesabatı diqqət çəkir. Bəlli olur ki, sammitə dəvət alan ölkələrdən 77-si “Freedom House” hesabatında  “azad” (tam demokratik), 31-i  “qismən azad” (yarım-demokratik), 3-ü  isə “azad olmayan” (qeyri-demokratik) ölkələr kimi təsnif edilib.

Fondun  eksperti Steven Feldstein yazır ki, “qismən azad”, yəni “yarım-demokratik” ölkələrin sammitə gəlişini anlamağa çalışır. Amma “azad olmayan”, yəni “qeyri-demokratik” ölkələrin “demokratiya sammitində” görünməsinə şərh verə bilmir. Məlumat üçün qeyd edək ki, “Freedom House” hesabatında  “qeyri-demokratik” ölkə kimi təsnif edilən, amma Baydenin “demokratiya sammiti”nə dəvət alan ölkələr Anqola, Konqo Demokratik Respublikası və Zambiyadır.  

“Varieties of Democracy” (V-Dem) hesabatında isə  “demokratiya sammiti”nə dəvət alımış “qeyri-demokratik” dövlətlərin siyahısı bir az da artırılır. Onların sayı 3-dən 7-yə qaldırılır. Bu sıraya  Anqola, Konqo Demokratik Respublikası, Zambiya ilə yanaşı İraq, Keniya, Malayziya və  Pakistanın da adları əlavə edilir.  Paralel olaraq digər  4 ölkənin iştirakı  mübahisələndirilir.  Mübahisəli ölkələr sırasında Braziliya, Hindistan, Filippin və Polşanın adı çəkilir: “Son 3 ildə  avtoritar idarəçiliyin artması səbəbindən bu ölkələrin sammitə qatılması anlaşılmaz görünür” - deyə, məqalədə qeyd olunur.

  

 “Foreign Policy” dərgisinin  təhlükəsizlik məsələləri üzrə eksperti  Eymi Makinnonun “demokratiya sammiti” barədə yazısında  göstərilir ki, “NATO daxilində demokratik durum baxımından Polşa, Macarıstan və Türkiyə təqribən eyni vəziyyətdədirlər. Bunlardan birinin-Polşanın sammitə dəvət alması, digər ikisinin-Türkiyə və Macarıstanın almaması qeyri-adi görünür”. Makinnonun sözlərindən nəticə çıxır ki, sammitə dəvət almaq üçün meyar heç də ölkələrdəki demokratik durum olmayıb.

 “Harvard Kennedi Siyasət Məktəbi”nin (HKSM ) mövzuya yanaşması isə digərlərindən  fərqlidir. O, “demokratiya sammiti”nə dəvət alan ölkələrin durumunu deyil, ABŞ-ın özündə olan  vəziyyəti  təhlil edir. Birləşmiş Ştatlarda demokratik durumu dəyərləndirmək üçün oktyabrın 26-dan noyabrın 8-dək  təqribən 2109 nəfər gənc amerikalı ( 18-29 yaşlılar) arasında sorğu keçirib. Məlumat üçün qeyd edək ki, Harvard Kenedi Məktəbi  ABŞ-ın iqtisadi-siyasi elitasına yaxın məktəbdir. Sorğuya siyasi-iqtisasi təmayüllü elmlər üzrə təhsil alan, ABŞ-ın bu sahədə gələcək elitasını formaldıracaq gəncləri cəlb edib.

 

HKSM təhlilçilərinin keçirilmiş  sorğudan əldə etdikləri nəticələr maraqlıdır. Respondentlərin  52 faizi bildirir ki, “ABŞ öz daxilində  demokratiya  problemi ilə  üzləşib. Bu sahədə hakimiyyətin siyasəti uğursuzdur”. Sorğuya qatılmış gənclərdən 35 faizi  ABŞ-da cəmiyyətin qütbləşməsindən  narahatdır.  Hesab edirlər ki, “ABŞ-da  ikinci vətəndaş müharibəsinin başlandığını görə biləcəklər”. Gənclərdən 25 faizi inanır ki, “indiki gedişatla ölkə ən azı 2 yerə  parçalanacaq, ABŞ ərazisində yeni bir dövlət müstəqilliyini elan edəcək”.

Ən qəribəsi budur ki, sorğu iştirakçısı olan gənclərin 80 faizi Cozef Baydeni  bəyənməyiblər, onun  demokratiyaya sadiqliyini şübhəyə alıblar .

Sorğunun nəticələrinə istinad etsək, Bayden komandasının demokratik model kimi çıxış etməsi  mənəvi baxımdan  mübahisələndirilir. Mübahisəyə yol açan əsas məqam isə ABŞ-da keçirilən son prezident seçkisi olub. Hansı ki, o seçkidə Bayden prezident seçilib. Son seçkidə əsvermənin nəticələrini dəyişdirmək üçün kifayət qədər saxtakarlıq edildi, yüz minlərlə seçici  saxtakarlıq haqqında fikirlərini  paylaşdı. Seçkidə saxtakarlıq olduğunu bəyan edən sabiq prezidentin-Donald Trampın mediaya  çıxış imkanları məhdudlaşdırıldı, sosial media hesabları qapadıldı. Saxtakarlıq hallarını əks etdirən  videogörüntülər isə bloklandı. İmpiçment olmayan, legitim prezidentin həm şəxsi, həm də adminstrasiyasına məxsus sosial media hesabları  məhkəmə qərarı olmadan bəziləri iki həftəlik, bəziləri isə həmişəlik bağlandı. Kapitolidə bütün bunlara  etiraz edən kütləyə silah açıldı, bir neçə nəfər etirazçı öldürüldü.

“Demokratiya sammiti”nin təftişinə həsr edilmiş təhlillərin sayı çoxdur. Əldə edilən nəticə isə birdir: hər kəs düşünür ki, Cozef Baydenin təşəbüsü ilə keçirilən “demokratiya sammiti” bir məzhəkədir. Mövzu olaraq demokratiya  önə çəkilir, mahiyyətdə isə ABŞ-ın  strateji maraqlarının təmin edilməsi üçün yollar axtarılır. “Foreign Policy” dərgisinin  eksperti  Eymi Makinnon məqaləsində qeyd edir ki,  “virtual demokratiya sammitinin keçirilməsində əsas məqsəd Çin və Rusiyanın təsir  gücünə balans yaratmaqdır”.  Müəllif fikrini isbatlamaq üçün Filippini misal göstərir. Qeyd edir  ki, “Filippin prezidenti Rodriqo Duterte öz ölkəsində  ədaləti yox edən,  regionda Çinin aqressiv ekspansiyasına şərait yaradan  liderdir. Hətta  jurnalist Mariya Ressa Filippində  hakimiyyətin zorakılığını ifşa etdiyinə görə Nobel Sülh Mükafatına layiq görülüb”.  Belə bir ölkə liderini demokratiya sammitinə dəvət etmək o anlama gəlir ki, ABŞ Flippini öz orbitində tutmaq istəyir. Filippin Çini cilovlamaq kontekstində ABŞ üçün strateji müttəfiq rolunu oynaya bilər.

ABŞ-ın strateji hədəfləri: sammit üzərindən yürüdülən siyasət

“Karnegi Fondu”nun  “demokratiya sammiti”nin hədəfləri   barədə qənaəti  Foreign Policy” dərgisinin  rəyi  ilə uyğundur. Fondun hazırladığı analitik məqalədə açıq tekstlə bildirilir ki, “sammitə dəvətlilərin  seçilib müəyyənləşdirilməsində əsas meyar  ABŞ-ın   strateji maraqları olub.  “Filippin, Ukrayna,  Pakistan kimi ölkələrdə  korrupsiya,  qanunun aliliyinin  pozulması  ilə müşaiyət olunan qüsurlu demokratiyalar var. Bununla belə, onlar ABŞ-ın strateji hədəfləri üçün önəmlidirlər. Çinin  təsirini tarazlaşdırmaq üçün Filippin,  Rusiyaya qarşı durmaq üçün Ukrayna, terrorizmlə mübarizə prosesində isə Pakistan ABŞ-a lazımdır.

Dövlət Departamentinin müvafiq regional büroları sammitin tərkibini müəyyənləşdirərkən bu amilləri nəzərə alıblar”-deyir “Karnegi Fondu” nun təhlilçisi  Steven Feldstein. 

Onun qənaətincə, Macarıstan və Türkiyənin tədbirə dəvət almaması sadəcə Baydenin bu ölkələrin rəhbərlərinə qarşı olan şəxsi münasibəti ilə bağlıdır: “Bayden Macarıstanın baş naziri Viktor Orbanın və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşıdan gələn seçkilərdə yenidən seçilmək şanslarına zərbə vurmaq istəyir. Macarıstanda seçkilər 2022-ci ildə, Türkiyədə isə 2023-cü ildə keçiriləcək. Bu mənada  onlara dəvət göndərmədi. Həmçinin, Filippin və Keniyada  2022-ci ildə  milli seçkilər olacaq. Baydenin texnoloları bu iki ölkənin mövcud  liderlərini  təşviq etmək məqsədilə Filippin və Keniyaya sammitdə yer ayırdılar”.

Afrika nə üçün önəmlidir?

Qeyd edilən  analitik materillarda diqqət çəkən bir nüans da var. Avropa, Asiya, Latın Amerikası ölkələrinin sammitə dəvət səbəbləri detallı şəkildə incələnsə də, Afrikanın üzərində sükutla keçilir. 

Hansı ki, qonaqlar siyahısında ən ziddiyyətli görünənlər məhz bu qitədən olanlardır. Düzdür, “Karnegi Fondu” öz məqaləsində Afrikanın sammitə daha çox liderlə  (19 dövlətin rəhbəri) qatılmasını xüsusi qabardır və şübhəli göstərici kimi təqdim edir. Bu qitədən  “demokratiya sammiti”nə qatılanların seçilib müəyyənləşdirilmə  meyarlarını tapmağa çalışır. Amma qaneedici səbəb göstərmir, etimadlı izahat vermir. Konqo, Keniya, Zambiya...sırada  olan 19 dövlətin  ABŞ üçün nə önəmi var? Nə üçün “Karnegi Fondu”, “Foreign Policy”...  bütün qitələrdən olan dövlətləri detallı  incələyir, amma Afrika üzərindən yarımçıq keçir?  

Cavab tapmaq üçün istiqaməti ABŞ-ın peyk təşkilatlarından olan “Amnesty İnternational” verir. “Azadlıqların  müdafiəçisi”  rolunda ixtisaslaşmış “Amnesty İnternational” 2019-cu ildə “azyaşlıların əməyinin  istismarı” üzrə hesabat yayıb. Hesabatda hədəf olaraq  Afrika ölkələri görünür. Onlar  yüz minlərlə azyaşlının əməyini istismar etməkdə qınanırlar. Amma Afrikada 54 dövlət mövcud olsa da, “Amnesty İnternational” sıradan yalnız  30 dövləti  seçib fərqləndirir. Həmin 30 dövlət arasından isə daha çox Konqo Demokratik Respublikasının üzərində dayanır.  30 dövləti digərlərindən fərqləndirib “Amnesty İnternational” ın hədəfinə çevirən səbəb onların mədən  sənayesinə malik olmalarıdır.

Konqo Demokratik Respublikası isə bu mənada daha önəmlidir. Aydınlıq üçün  deyək ki,  planetimizdə  kobalt ehtiyatının tam yarısı Kongo dövlətinin  payına düşür. 2000-ci illərə qədər bərk mineral maddə kimi müxtəlif sənaye, elm, tibb sahəsində geniş istifadə olunan kobalt,  sonrakı dövrdə cib telefonları, noutbuk  və digər smart qurğular, yüksək texnologiyalar üçün vacib materiala çevrilib.  Hazırda kobalt  elekto-mobillər üçün də vazkeçilməz elementdir.  G-20 dövlətlərinin qərarına əsasən, dünya  2020-ci illərin ikinci yarısından etibarən ənənəvi mobillərdən- daxili yanma mühərriklərindən imtina edəcək, elekto-mobillər erası başlayacaq. Yeni nəsil avtomobillərin batareyası üçün  kobalt istifadə olunacaq. 

Bir sözlə, kobalt  21-ci əsrin ən strateji məhsulları sırasındadır.  “Amnesty İnternational” isə azyaşlıları deyil, ABŞ-ın maraqlarını  müdafiə edir. Təşkilat “Azyaşlıların əməyinin mədən sənayesində istismarı”nı şüar edib, Konqo Demokratik Respublikasını hədəfə çevirir, ABŞ-ın maraqlarına boyun əymək üçün ona  təzyiq göstərir. Hesabatda deyilir ki, Konqoda  hər il 40 mindən çox uşaq  mədən sənayesində çalışır, istismar olunur. “Amnesty İnternational”ın bu hesabatı UNİCEF-in indeksinə daxil edilib,  Konqo uşaq əməyinin istismarı üzrə “dünya lideri” kimi təqdim edilib, qlobal ictimai rəyin hədəfinə çevrilib. Uşaq əməyinin istismarı bütün Afrika dövlətləri üçün xarakterikdir. Amma hesabatda vurğu Kongonun üzərinə qoyulub. Təcrid siyasəti  Konqonu əzib- sındırır.   Kredit məhrumiyyəti,  maliyyə sıxıntıları,  risklər çoxalır. Nəticədə Kongo  öz siyasətində korrektələr etməyə, daha doğrusu, ABŞ-a münasibətini dəyişməyə  məcbur olur.  Konqo ABŞ-ın çətiri altına keçir. Ölkənin  mədən sənayesi  transmilli şirkətlər üçün açıq elan edilir. ABŞ-a məxsus  şirkətlər 21-ci əsrin  strateji məhsulu- kobaltın istehsalı üzərində pay sahibinə çevrilir.  2019-cu ildə ABŞ-ın peyk  təşkilatları tərəfindən  ən sərt ittihamla qınanılan, əzilib sındırılan  Konqo  2021-ci ildə ABŞ prezidentinin təşkil etdiyi “demokratiya sammiti”nə dəvət alır. 

Analitik materialları izlədikcə bəlli olur ki, Cozef Baydenin Afrikadan “demokratiya sammiti”nə dəvət etdiyi digər 18 dövlətin hər birində ABŞ-ın  kəsişən maraqları var.

Çinin Cibuti və Keniyada hərbi iştirakını genişləndirməsi aranı qatıb

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun ( SIPRI) hesabatlarında göstərilir ki, Çin son 10 il müddətində Afrika dövlətlərinin  müdafiə sisteminə daxil olub,  Afrika üçün əsas silah ixracatçılarından birinə çevrilib. Hazırda qitə dövlətlərinin silahlı qüvvələrinin 2/3-i Pekinin istehsal etdiyi hərbi texnikadan istifadə edir. Bu sırada piyadaların döyüş  maşınları, hərbi təyyarələr, gəmilər və atıcı silahlar üstünlük təşkil edir. SIPRI qeyd edir ki, Afrikanın silah bazarında Çinin  payı on il əvvəl 12 faiz idisə, 2020-ci ildə iki dəfə artaraq 26 faizə çatıb.

İndi Çin  ABŞ-dan sonra  qitə dövlətləri üçün ikinci silah ixracatçısıdır. Uqanda, Keniya və Cənubi Sudan  Afrika qitəsində Çindən ən çox silah alan dövlətlərdir. Afrika müdafiə bazarı Çinin son beş ildə silah ixracatının təxminən 25 faizini təşkil edir. Bu baxımdan qitə Çin üçün vacib məkandır.

Cibuti Afrikanın vacib dövlətlərindən sayılır. Çünki planetin marşrut damarlarından biri hesab edilən  Süveyş kanalı yaxından keçir. Xammal mənbələrindən kasad olan Cibuti məhz strateji-coğrafi  mövqeyindən istifadə edərək önəmini artırır.

Çin Afrikanın bu vacib ölkəsində hərbi bazaya malikdir. Düzdür, qeyd edilən baza birgə təlimlər, xaricdə işləyən Çin vətəndaşlarının təxliyəsi, fövqəladə xilasetmə əməliyyatları, strateji dəniz yollarının təhlükəsizliyinin təmin edilməsi sahəsində töhvə vermək missiyası daşıyır. “Digər ölkələrin  hərbi bazaları Afrikaya sadəcə qoşun yeridir, hərbi təlimlər  keçirlərsə,  Çinin hərbi  bazası onlardan  fərqli olaraq  logistika funksiyalarını  yerinə yetirir”-deyir Çin analitikləri.

Amma istənilən halda ABŞ məsələyə fərqli kontekstdən yanaşır, qitədə şəriksiz lider olmaq istəyir.  Çin Afrikanın diğər strateji ölkəsində- quru, su,  hava yollarına malik olan Keniyada da  baza yaratmaq istəyir. Onun bu istəyi ortaya çıxandan sonra  ara qarışıb, ABŞ ciddi narahatlıq keçirib. Rəsmi Pekin Keniyada planlaşdırdığı bazanı logistik  obyekt  kimi təsvir etsə də, ABŞ fərqli düşünür. Keniya bazası  Çinin Afrikada  ilk dəniz hərbi obyekti  funksiyasını icra edəcək, ABŞ daxil olmaqla super güclərə qarşı durmaq üçün hərbi logistika rolunu oynayacaq. Çin Afrikanı həm də  öz iqtisadiyyatını  genişləndirilmək üçün  xammal mənbəyi qismində görür.

ABŞ Çinin Keniyada hərbi baza yaratmaq, əlavə olaraq  iqtisadi və investisiya əlaqələrini genişləndirmək iddiası ilə bağlı həyəcan təbili çalır. ABŞ strateqləri deyirlər ki, Amerikanın qlobal seçimlərini məhdudlaşdırmaq üçün Çin özünün bazalarını artırır. İndi Çin özünün  qlobal logistika şəbəkəsi və hərbi obyektləri ilə ABŞ-ın maraq məntəqələrinə müdaxilə edə, bu istiqamətdə  əməliyyatları dəstəkləyə bilər.

Sonra nələr olacaq?

Analitiklər qeyd edirlər ki, Çinin qlobal güc mərkəzi olaraq nüfuzunun artması,  təsir imkanlarının genişlənməsi, Rusiyanın qlobal oyunçu qismində yeni rıçaqlara sahiblənməsi, Türkiyənin əlahiddə güc mərkəzi  formalaşdırması  dünya düzənini dəyişir. Proses ABŞ-ın əleyhinə işləyir. O, nəinki dünyanın super gücü olmaq statusunu itirir, ümumiyyətlə, perspektivi şübhə altına düşür.  ABŞ müqavimət göstərir, prosesi durdurmağa, geri çevirməyə çalışır. Müttəfiqlərini saf-çürük edir. Prinsipial olanları ətrafında sıx birləşdirir. Tərəddüdlü olanlara qarşı təzyiqləri artırır. “Demokratiya sammiti” onun siyasətinə boyun əyənlərin toplantısıdır. Boyun əyməyənləri isə  hədələyir,  şantaj edir. 

 

“Reuters” xəbər verir ki, Ağ Ev bir sıra dövlətlər və siyasətçilərə qarşı yeni sanksiyalar proqramı hazırlayıb . Rəqiblərinə təzyiq elementi kimi bu sanksiyaları geniş çevrədə tətbiq edəcək.  Qeyd olunur ki, Cozef Bayden qarşıdan gələn sammit çərçivəsində iştirakçı  dövlətləri  yeni sanksiyalara qoşulmağa razı salacağına  ümid edir. Rəqiblər bu təhdidlərə duruş gətirə biləcəklərmi?

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin dekabrın 1-də keçirdiyi brifinqdə deyib: “Demokratiya  sammiti dünyanı yenidən iki düşərgəyə bölmək üçün quraşdırılmış təhlükəli oyundur.  Demokratiya sammiti ölkələr arasında birliyə və əməkdaşlığa töhvə vermir, sülh və sabitliyə yol açmır. Əksinə, dünyada parçalanma və qarşıdurmaya səbəb olan açıq təfriqə, qarşıdurma yaradır”.

Müəlliflər: Müşfiq Ələsgərli, Jurnalistlərin Həmkarlar İttifaqının sədri , Yeganə Hacıyeva, politoloq

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Hamısı