Ukrayna böhranının sülh yolu ilə həlli dalana dirənib - Rusiya XİN - ednews.net

20 Yanvar, Cümə axşamı

Ukrayna böhranının sülh yolu ilə həlli dalana dirənib - Rusiya XİN

Dünya A- A A+

“Hazırkı şəraitdə Ukrayna böhranının sülh yolu ilə nizamlanması üzrə danışıqlar dalana dirənib”.

EDNews.net TASS-a istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

O deyib ki, Brüsseldən Kiyevə maliyyə dəstəyinin göstərilməsi sülhə töhfə vermir. “Avropa İttifaqı bu yaxınlarda Ukraynanın hərbiləşdirilməsi prosesinə qoşuldu. Dekabrın 2-də isə Aİ Şurası Ukrayna Silahlı Qüvvələrinə hərbi-texniki yardım üçün 31 milyon avro ayrılması barədə qərar qəbul edib”.

Diplomat bildirib ki, Ukrayna üzrə təmas qrupunun və onun işçi alt qruplarının dekabrın 7-dən 8-dək keçirilən iclasları növbəti dəfə nəticəsiz qalıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...