Qanunları pozanlara qarşı sərt olacağam - Qazaxıstan Prezidenti - ednews.net

16 Yanvar,

Qanunları pozanlara qarşı sərt olacağam - Qazaxıstan Prezidenti

Dünya A- A A+

“Dövlət başçısı və bu gündən etibarən Təhlükəsizlik Şurasının sədri olaraq qanunları pozanlara qarşı maksimal şəkildə sərt olacağam”.

EDNews.net xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciətində söyləyib.

“Bu, dövlətimizin təhlükəsizliyi məsələsidir. Əminəm ki, xalq məni dəstəkləyəcək. Xalqın yanında olmaq mənim konstitusion borcumdur. Qazaxıstan tarixindəki bu qara zolağı birlikdə aşacağıq. Gəlin bu məsələdən güclü çıxaq”, - o bildirib.

Dövlət başçısı hüquq-mühafizə orqanları əməkdaşları arasında itkilərin də olduğunu açıqlayıb.

“Yaxın zamanda Qazaxıstanın siyasi transformasiyası ilə bağlı təklif paketi ilə çıxış edəcəyəm”, - Prezident vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...