Yaxın Şərqin “Flydubai”, “Air Arabia” və “Jazeera Airways” aviaşirkətləri Qazaxıstandakı vəziyyətlə əlaqədar cümə axşamı Almatıya planlaşdırılan reyslərini ləğv edib. Bu barədə “İnterfaks” hava daşıyıcılarının məlumatlarına istinadən xəbər verir.
“Fly Emirates” isə hələlik jurnalistlərin planları ilə bağlı suallarını cavablandırmayıb.
Nur-Sultan hava limanının onlayn tablosunda göstərilən məlumata görə, Almatı, İstanbul, Moskva, Aktobeyə növbəti reyslər ləğv edilib.