Avropa İttifaqı Qazaxıstana yardım etməyə hazırdır.
Bu barədə Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Fransanın Aİ Şurasına sədrliyinin başlaması ilə bağlı Parisdə keçirilən mətbuat konfransında jurnalistin sualını cavablandırarkən deyib.
“Mən Qazaxıstandakı vəziyyəti böyük narahatlıqla izləyirəm. Vətəndaşların hüquqları və təhlükəsizliyi prioritetdir və təmin edilməlidir. Mən zorakılığa son qoymağa və təmkinli olmağa çağırıram. Avropa İttifaqı bacardığı hər sahədə kömək etməyə hazırdır”, - Avropa Komissiyasının prezidenti qeyd edib.