Qazaxıstana yeridilən KTMT qüvvələrinin sayı açıqlanıb - ednews.net

19 Yanvar, Çərşənbə

Qazaxıstana yeridilən KTMT qüvvələrinin sayı açıqlanıb

Dünya A- A A+

Qazaxıstana yeridilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sülhməramlılarının sayı açıqlanıb.

EDNews.net “Qazaqparat”a istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Kasım Jomərt Tokayev KTMT üzv ölkə liderlərinin videoformatda keçirilən toplantısında bildirib.

“İndiyədək Kollektiv Təhlükəsizlik Şurasının qərarına uyğun olaraq, KTMT sülhməramlılarının 2030 nəfər canlı qüvvəsi və 250 texnikası təyin olunmuş bölgələrdə yerləşdirilib”, – dövlət başçısı deyib.

O, KTMT sülhməramlı qüvvələrinin hava limanları, hərbi bazalar kimi strateji obyektləri mühfizə etmək, habelə təhlükəsizliyi təmin etmək vəzifələrini yerinə yetirdiklərini diqqətə çatdırıb.

Report.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...