Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vahan Unanyan Türkiyə ilə diplomatik münasibətlərin yaxşılaşdırılmasına ümid etdiyini deyib.
EDNews.net “Armenpress”ə istinadən xəbər verir ki, o, bu barədə iki ölkə nümayəndələrinin yanvarın 14-də planlaşdırılan görüşü barədə danışarkən deyib. Mətbuat katibi həmçinin qeyd edib ki, əsas prioritet məsələlərdən biri də sərhədlərin açılmasıdır. “Ermənistan dialoq nəticəsində Türkiyə ilə diplomatik münasibətlərin qurulması və sərhədlərin açılmasını gözləyir”.