Türkiyə Respublikasının rezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin hərbi gəmi istehsalında dünyanın 10 qabaqcıl ölkəsi arasında olduğunu bildirib.
EDNews.net Yeni Safak agentliyinə istinadən xəbər verir ki, Ərdoğan İstanbul Dəniz Gəmiqayırma Zavodunda yerli istehsal olan TCG Ufuk sınaq və təlim gəmisinin istismara verilməsi mərasimində iştirak edib.
Erdoğan çıxışında qeyd edib ki, Türiyənin ilk kəşfiyyat gəmisi TCG Ufuk -un yerli mühəndislər tərəfindən istehsal edilib.Dövlət başçısı, həmçinin ölkəsinin bu ili mühüm müdafiə sənayesi layihələrində ciddi irəliləyişlərlə başladığını bildirib.
Qeyd edək ki, TGC Ufuk adlı üç kollu hərbi Türkiyə Müdafiə Sənayesi tərəfindən istehsal edilib və ölkənin milli təhlükəsizlik qüvvələrinə son əlavədir.
Gəminin xüsusi üstün cəhəti onun 45 gün ərzində ağır iqlim və dəniz şəraitində, o cümlədən beynəlxalq sularda hərəkət edə bilməsidir.