Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zas RT-yə müsahibəsində Qazaxıstanda yeni iğtişaşların baş verməsi ehtimalının az olmasını bəyan edib və bildirib ki, “ölkə hakimiyyəti vəziyyətə tam nəzarət edir”.
“Mən bir növ revanş və ya yeni dalğalanma təhlükəsi haqqında danışmazdım. Praktiki olaraq əminəm ki, bu, qeyri-mümkündür, çünki birincisi, vəziyyət nəzarət altındadır. İkincisi, indi bütün iştirakçılar, bütün mənzərəni aydınlaşdırmaq üçün böyük iş aparılır", - Zas bildirib.
Təşkilatın baş katibinin sözlərinə görə, “Qazaxıstanda baş verən hadisələrin nəticələrindən bütün tərəflər nəticə çıxarıblar”.