Rusiya bu qoşunu Belarusa hansı məqsədlə cəmləşdirir? - VİDEO - ednews.net

26 May, Cümə axşamı

(+994 50) 229-39-11

Rusiya bu qoşunu Belarusa hansı məqsədlə cəmləşdirir? - VİDEO

Dünya A- A A+

Xəbər verildiyi kimi Rusiya ordusunun Ukrayna sərhədləri boyu cəmləşməsi intensiv şəkildə davam etməkdədir, üstəlik son günlər Belarus ərazisinə də Rusiya ordusunun hərbi texnika kalonları daxil olmaqdadır.

Hansı ki, Qərb analitikləri Rusiyanın Ukraynaya hücum istiqamətlərindən birinin Belarus üzərindən olacağını proqnozlaşdırır. Elə bu günlərdə Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynanı onun ölkəsinin sərhədlərinə “NATO hərbçilərindən daha betər millətçiləri” cəmləşdirməkdə günahlandırmışdı.

Bu gün Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin xarici ölkələrin hərbi attaşelərinə Belarusa qoşun cəmləşdirilməsi barədə məlumat verib. Bildirib ki, Rusiya və Belarus “təhlükəsizlik naminə iki ölkənin bütün hərbi potensialının istifadə edilməsini” nəzərdən keçirir.

Rusiya Müdafiə Nazirliyinin “Zvezda” telekanalında isə Belarusa göndərilmək üçün dəmir yol platformalarına hərbi texnikanın yüklənməsini əks etdirən videosüjet yayıblar. Bu texnikanın hansısa birgə təlimlər üçün göndərildiyi indiki halda ağlabatan görünmür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...