Fransanın çoxsaylı problemlərindən qaçan Pekres “Müqəddəs Ana” rolunda

Dünya 17:15 19.01.2022

Fransa Avropa İttifaqının (Aİ) aparıcı dövlətlərindəndir. Bununla belə o, həm də Avropanın daha çox problemi olan ölkəsidir.

Respublikaçılar Partiyasından Fransa prezdentliyinə namizəd, il-de-Frans bölgəsinin başçısı Valeri Pekres ölkəsində çoxsaylı problemlərdən, onların həlli istiqamətində atacağı addımlardan danışıb, proqramını açıqlamaqdansa xarici siyasət məsələsində “özünü sınamaq” qərarına gəlib.

Yanvarın 12-də prezidentliyə namizəd Ermənistana səfər edib. “Europe 1”ə müsahibəsində səfərinin məqsədi barədə danışan Pekres deyib: “Yaxın Şəqrdə xristianların məsələsi məni daha çox narahat etdiyi üçün Ermənistana səfər etdim. Ona görə Ermənistanı müdafiə etmək çox vacibdir”.

Bu bəyanatdan göründüyü kimi, Pekres dünyanın siyasi xəritəsini yaxşı bilmir. Hər kəsə məlumdur ki, Ermənistan Yaxın Şərq deyil, Cənubi Qafqaz ölkəsidir. Yaxın Şərq ölkələrində yaşayan xristianların vəziyyətini öyrənmək üçün isə Ermənistana deyil, Livan, Suriya, İraq, İrana səfər etməyə ehtiyac var. Çünki Yaxın Şərqdə yalnız erməni etnik qrupunun nümayəndələri xristian deyil.

Fransanın dövlət başçısı olmaq istəyən bu xanımın məqsədinin başqa olduğu elə bu bəyanatdan da bilinir. Coğrafi yerləri və bölgələri qarışdıran Pekres Yaxın Şərq adı ilə Ermənistandan Azərbaycan ərazisinə qanunsuz olaraq səfər edib. Belə çıxır ki, o, Livandakı xristianların vəziyyətini Qarabağa qanunsuz olaraq gəlməklə öyrənəcəkmiş.

Fransada onun prezident seçilib-seçilməməsi məsələsini müzakirə etmək istəmirik. Ancaq dövlət başçısı olmaq iddiasını irəli sürən bir siyasətçinin beynəlxalq hüquq normalarına əməl etməməsi təəssüf doğurur.

Fransa ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Vasitəçinin prezidentliyə namizədinin başqa dövlətin suveren hüquqlarına hörmət etməməsi böyük ayıbdır, ona etimadı və etibarı azaldır.

Xanım Pekres özünü xarici siyasətdə sınamaqdansa, ölkəsinin çoxsaylı sosial problemlərinn həllinə yardım etməklə elə xristian kimi öz borcunu yerinə yetirə bilər.

Fransada başlıca problemlərindən bəzilərini onun yadına salırıq:

- Fransa əhalisi qocalır

- həyat səviyyəsi və keyfiyyət kəskin aşağı düşür

- ölkədə dinlərəarası və entiklərarası münaqişələr güclənir

- miqrantlar arasında qanun pozuntuları və cinayətkarlıq surətlə yayılır

- işsizlərin sayı artmaqdadır

- sosial asılılıq geniş yayılıb

- Fransanın dövlət büdcəsinin yüklənməsi artır

- ölkənin yerli sakinləri arasında narazılıqlar artır və s.

Pekresin iddia etdiyi dini məsələ Fransada irqi ayrı-seçkilik səviyyəsindədir. Onun yaşadığı cəmiyyətdə fərqli mədəniyyətlərə dözümsüzlük günü-gündən güclənir.

Bütün bunları dilə gətirən “Sarı jiletlilərin” 25-dən artıq tələbinə bu günədək əməl edilməyib.

Onlar vergidə reformlar üçün ümumxalq məclisinin çağrılmasını, vətəndaşın vəziyyətindən asılı olaraq 25 faizdən artıq verginin qadağan olmasını, minimal əmək haqqının atırılmasını, təqaüdlərin 40 faiz qaldırılmasını, dövlət infrastrukturunun mövcudluğu üçün yeni iş yerlərinin açılmasını, 5 milyon nəfərlik yeni yaşayış mənzillərinin tikilməsini, bank inhisarlığının azaldılmasını, daxili borcun ləğv edilməsini, xalq hakimiyyəti üçün Konstitusiyanın yenidən yazılmasını, keçmiş məhbus şəxslərin seçkili orqanlara seçilməsinin ömürlük qadağan olunmasını, böyük şirkətlərin vergidən yayınmasının qarşısının alınmasını, özəlləşdirilmənin dayandırılması və özəlləşdirilmiş mülklərin dövlətə geri qaytarılmasını, təhsildən ideologiyanın çıxarılmasını, KİV-dəki monopoliyanın ləğv edilməsini, vətəndaş azadlığına zəmanət verilməsini, ətraf mühiti çirkləndirən paketlərin dövriyyəsi və istehsalının, geni dəyişdirilmiş orqanizmlərin qadağan edilməsini, Afrika ölkələrinin siyasi işlərinə müdaxilədən imtina edilməsini, miqrant axınına son qoyulmasını istəyirdilər.

Belə görünür, Valeri Pekres Fransanın sosial həyatındakı problemləri həll etməkdə gücsüzdür. Erməni lobbisinin yardımı ilə o bu acizliyini gizlətməyə çalışır. Ona görə də özünü xristianların müdafiəçisi, fədakar “Müqəddəs Ana” rolunu oynamaqda sınayır.

DİN-dən qəzalara səbəb olan piyadalarla bağlı MÜRACİƏT – VİDEO

Xəbər xətti

İlham Əliyev Almaniyada keçirilən tədbirdə İŞTİRAK EDƏCƏK
11:05 26.04.2024
LNG  AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
LNG AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
10:55 26.04.2024
XV Petersberq İqlim Dialoqunun ikinci günü BAŞLAYIR
10:52 26.04.2024
Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu APARILACAQ
10:43 26.04.2024
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
10:37 26.04.2024
Əgər Rusiya bu ərazini işğal etsə...
Əgər Rusiya bu ərazini işğal etsə...
10:30 26.04.2024
DİN-dən qəzalara səbəb olan piyadalarla bağlı MÜRACİƏT – VİDEO
10:23 26.04.2024
ABŞ-la Çin arasında Ay uğrunda RƏQABƏT - ANALİTİKA
10:20 26.04.2024
Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır
10:19 26.04.2024
Xocavənddə partlayıcı vasitələr aşkarlandı
10:14 26.04.2024
ABŞ-dan Ukraynaya böyük dəstək
ABŞ-dan Ukraynaya böyük dəstək
10:06 26.04.2024
Çin ABŞ-a xəbərdarlıq edib
Çin ABŞ-a xəbərdarlıq edib
09:44 26.04.2024
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - Yenilik
09:31 26.04.2024
Azərbaycan nefti ucuzlaşdı
09:20 26.04.2024
Bakıda 29 dərəcə isti olacaq - Günün HAVA PROQNOZU
09:16 26.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü
09:00 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
08:00 26.04.2024
"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Hamısı