Qırğızıstan yenə Qazaxıstana nota verib - ednews.net

26 May, Cümə axşamı

(+994 50) 229-39-11

Qırğızıstan yenə Qazaxıstana nota verib

Dünya A- A A+

Qırğızıstan Xarici İşlər Nazirliyi Qazaxıstana nota verib.

Ednews xəbər verir ki, nota ölkə vətəndaşı Çolponbek Sıdıkovun Qazaxıstanda iğtişaşlar zamanı döyülməsinə görə verilib.

Qırğızıstan tərəfi notada yanvarın 9-da Almatı-Bişkeş yolunda saxlanılan Sıdıkovun qazaxıstanlı asayiş keşikçiləri tərəfindən döyüldüyü, nəticədə hər iki ayağının və qabırğalarının qırıldığını qeyd edib.

O, Almatı xəstəxanalarından birində tapılaraq ötən gün Qırğızıstana qaytarılıb.

Qeyd edək ki, bundan başqa, Qırğızıstan bu ay ərzində Qazaxıstana iki dəfə nota verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...