Bağdadın Əl-Karrad rayonunda terror aktı nəticəsində ölənlərin sayı 131 nəfərə çatıb.
Bu barədə “Əl-Cəzirə” telekanalı İraqın güc strukturundakı mənbəyə istinadən məlumat yayıb.
Bundan əvvəl terror aktı nəticəsində ölənlərin sayının 83 nəfər olduğu, 200 nəfərdən çox insanın yaralandığı bildirilib. Bomba yüklü avtomobil şiə müsəlmanların dini mərkəzi yaxınlığında dayandırılıb. Partlayışa görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb. Daha sonra İraq paytaxtının şimalında bazar yaxınlığında ikinci partlayış törədilib.
*******
Bağdadda törədilən iki ardıcıl partlayış nəticəsində ölənlərin sayı 80 nəfəri ötüb, 100 yaralı var.
Bunu İraq Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Saad Maan bildirib.
S. Maan paytaxtın Əl-Karrada rayonunda bazarda törədilən partlayışa görə məsuliyyəti İŞİD terror təşkilatının öz üzərinə götürdüyünü də bildirib.