Ermənistan Prezidentinin istefası Serjin adamlarından təmizlənən hakimiyyət

Dünya 21:18 24.01.2022

Armen Sarkisyan nəhayət gecikmiş də olsa, Ermənistan Prezidenti postundan istefa verdi. O kimdir? Hansı siyasi qüvvəni təmsil edirdi? İkili vətəndaşlığı olmaqla Sarkisyan cinayət törədibmi? Baş nazir Nikol Paşinyanla münasibətləri necə idi? Armen Sarkisyan özünü Ermənistan Prezidenti kimi, yoxsa iş adamı kimi aparırdı?

68 yaşlı Armen Sarkisyan 2018-ci il martın 2-də parlamentdə keçirilən gizli səsvermə yolu ilə prezident seçilib. Onda Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan yeni konstitusiyaya əsasən Baş nazir olmuşdu. O, Serj Sarqsyanın, yaxud Robert Koçaryanın təmsil etdiyi siyasi qüvvənin adamı sayılıb. Bu, hadisələrin sonrakı mərhələsində də özünü göstərib.

Armen Sarkisyan iş adamıdır. Ərəb ölkələri, o cümlədən Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) geniş ticarət əlaqələrinə malik olub. İstefa ərizəsi yazmazdan iki gün əvvəl Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfər edib. Səfər çərçivəsində BƏƏ-nin energetika sahəsinin aparıcı şirkətlərindən biri - “Masdar”la danışıqlar aparıb. Şirkətin direktoru Məhəmməd Cəmil Əl-Ramahla görüşüb. Habelə külək enerjisi sahəsində tanınmış "Mubadala Investment Company”nin baş direktoru Kaldun Xəlif əl-Mübarəklə biri sıra məsələləri müzakirə edib. Dubaya səfərindən sonra Armen Sarkisyanın istefa verməsi onun BƏƏ-də daha çox şəxsi biznesi ilə bağlı danışıqlar apardığını ehtimal etməyə əsas verir. Çünki onun apardığı danışıqlar nəticəsində ikitərəfli heç bir sənəd imzalanmayıb. Yaxud belə sənəd imzalamağa onun heç bir səlahiyyəti yoxdur. Bu baxımdan Sarkisyanın BƏƏ səfəri daha çox iş adamının ziyarəti kimi xarakterizə edilə bilər. Elə oradan səfərdən qayıtdıqdan sonra istefa verməsi də bunu təsdiqləyə bilər. Belə çıxır Sarkisyan öz biznesini sahmana saldıqdan sonra vəzifəsindən istefa verib.

Yeri gəlmişkən, Sarkisyan Davos Dünya İqtisadi Forumunun qlobal energetika şurasının sədri olub. “Alcatel”, “Lucent”, “British Petrolium”, “Merrill Lynch” - “Bank of America” kimi energetika və texnologiya şirkətlərində müşavir işləyib. “Knightsbridge Group” şirkətinin sahibidir. Onun Avropa ölkələri, Rusiya, Çin, Monqolustan, Hindistan və Qazaxıstanla çox geniş əlaqələri mövcuddur.

Armen Sarkisyan 2002-2011-ci illərdə Böyük Britaniyanın vətəndaşı olub. Onun sonradan bu statusdan imtina etdiyi də deyilir. O, müxtəlif illərdə üç dəfə Ermənistanın Böyük Britaniyada səfiri olub: 1993-1996-cı illərdə Böyük Britaniya və Şimali İrlandiya, 1998-2000-ci illərdə Böyük Britaniya və Şimali İrlandiya, habelə Vatikanda, 2013-2018-ci illərdə Böyük Britaniya və Şimali İrlandiya, eləcə də İrlandiyada. Fasilələr olsa belə bir ölkədə üç dəfə səfir olmaq məsələsi Ermənistan hakimiyyətinin bu işə ciddi yanaşmadığını, yaxud Armen Sarkisyanın şəxsi təşəbbüsləri ilə əlaqədar olması ehtimalı az deyil. Gələcəkdə Ermənistanın hüquq-mühafizə orqanları onun Böyük Britaniyadakı diplomatik fəaliyyətini araşdıra bilər.

2021-ci ilin martında 53 hüquqşünas Sarkisyanın ikili vətəndaşlıq faktını gizlətməsi ilə bağlı prokurorluğa hesabat təqdim edib. Bildirilmişdi ki, Armen Sarkisyan 2003-2012-ci illərdə ən azı 10 il Birləşmiş Krallığın vətəndaşı olub, son altı ildə Ermənistan onun vətəndaşlıq tələbini təmin etmədiyi halda, 2018-ci il martın 2-də Ermənistan prezidenti seçilib. Krallıq onun vətəndaşlığını 2012-ci il martın 1-dək dayandırsaydı, onda prezident seçilə bilərmiş. Məlumata görə, onun ailə üzvləri hələ də Britaniyada yaşayır. Belə çıxır ki, o, vətəndaşı olduğu ölkədə Ermənistanın səfiri işləyib. Bütün bunların çoxuna 2018-ci ilin aprelində baş verən hakimiyyət dəyişiklikləri aydınlıq gətirdi.

Nikol Paşinyan
Nikol Paşinyan

Armen Sarkisyan Paşinyanın rəhbərliyinin ilk dövründə özünü gizlədə bildi. Ancaq Robert Koçaryan həbsdən sərbəst buraxılıb, siyasi fəaliyyətə başlayandan sonra Armen Sarkisyan da özünü gizlətmədi. O, Ermənistanın ümumxalq səsverməsi yolu ilə 2015-ci ildə qəbul olunan yeni konstitusiyasına qarşı çıxaraq ölkəsinin yenidən prezident üsul-idarəsinə qayıtmasını və mövcud Əsas Qanunun dəyişdirilməsini tələb edirdi. O, müxalifət təmsilçisi kimi çıxış edərək bildirirdi: “Mövcud konstitusiya ilə Ermənistan nə prezident, nə də parlament respublikasıdır. Belə alınıb ki, insanların əlində böyük hakimiyyət gücü var, ancaq məsuliyyət yoxdur”. O, Nikol Paşinyanla generalların qarşıdurmasında da ikinci tərəfi müdafiə edirdi. Sarkisyan Baş nazirin istefasını tələb etmişdi. O, Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi, general-polkovnik Onik Qasparyanın vəzifəsindən azad olunması ilə bağlı Baş nazir Nikol Paşinyanın təqdimatına baxılması üçün Konstitusiya Məhkəməsinə müraciət etmişdi. 2021-ci il iyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilib. Armen Sarkisyan bu siyasi kampaniyanı əngəlləmək üçün “Ermənistan Respublikasının Seçki Məcəlləsinə” dəyişikliyin edilməsinə dair Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi haqqında 2021-ci il aprelin 2-də parlamentin qəbul etdiyi sənədi imzalamaqdan imtina etmişdi. O, Nikol Paşinyanın daha bir - Məhkəmə Məcəlləsində dəyişikliklərlə bağlı layihəsini imzalamaqdan imtina edərək sənədi Konstitusiya Məhkəməsinə göndərmişdi. Qeyd edək ki, hər iki sənəd parlament tərəfindən qəbul olunmuşdu. Armen Sarkisyan 44 günlük müharibədən danışarkən Ermənistan ordusunun əvvəlki prezidentlərin dövründə qurulduğunu və məsuliyyətin onların da daşıdığına işarə etmədən indiki hökuməti tənqid edirdi: “Məsul şəxslər müharibədə qalib gəlməməyimizin səbəbini müzakirə etməlidirlər. Vəzifələri müharibəni və məğlubiyyətin səbəblərini təhlil etməli olan məsul şəxslər var”.

Ermənistan Konstitusiyasına əsasən, hazırda prezident səlahiyyətlərini parlamentin sədri Alen Simonyan, onun müavini Akop Arşakyan isə parlamentin sədri vəzifəsini icra edirlər. Armen Sarkisyan istefa verdiyi tarixdən bir həftə müddətində ərizəsini geri götürə bilər. Ermənistan Konstitusiyasına əsasən, indiki halda növbədənkənar prezident seçkisi 25 gündən sonra 35 gündən gec olmayaraq keçirilməlidir. Əsas Qanuna əsasən, erməni dilini bilən, son 6 ildə Ermənistanda yaşamış və ölkə vətəndaşı olan şəxs prezident seçilə bilər. Ermənistan prezidenti başqa vəzifəni daşıya, sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz. Namizədə deputatların 3/4-ü səs verdiyi halda prezident seçilir. Birinci turda prezident seçilməzsə, ikinci tur keçirilir. Bu zaman birinci turdakı namizədlərin hamısı iştirak edir və deputatların 3/5-ü səs verdiyi halda prezidenti seçilir. ikinci turda da prezident müəyyən edilməzsə, onda ən çox səs toplayan iki namizəd səsverməyə buraxılır. Onlardan ən çox səs toplayanı ölkənin 7 il müddətinə prezidenti olur.

Armen Sarkisyan
Armen Sarkisyan

Beləliklə, Armen Sarkisyanın istefası 2018-ci ilin aprelində baş verən hakimiyyət dəyişikliyinin ideya-siyasi xəttinə tam uyğundur. Yuxarıda da bunun bir sıra səbəblərinə işarə etdik. Odur ki, indiki müxaifət və keçmiş hakimiyyət nümayəndələrinin adamı olaraq onun prezident vəzifəsini icra etməsi məntiqli görünmürdü. Ona görə də Sarkisyanın istefasında qeyri-adilik axtarmaq məntiqdən uzaqdır. Belə ehtimal etmək olar ki, Sarkisyanın istefası ilə Paşinyanın islahatının daha bir mərhələsi başa çatıb. Bundan sonra Serj Sarqsyanın qəbul etdiyi konstitusiyada islahatın aparılması mərhələsi başlayır. Çünki mövcud konstitusiyada baş nazirlə prezidentin səlahiyyətləri tam müəyənləşməyib.

Yeni prezident sabiq dövlət başçısı Levon Ter-Petrosyan da ola bilər. Çünki Paşinyanla onun birliyi daha yaxşı alına bilər. Bir də onun hakimiyyətdə iştirakı bu yolla rəsmiləşər. İslahat aparılması ehtimal olunan Əsas Qanunda isə baş nazirin (indiki halda Nikol Paşinyanın) səlahiyyətlərinin genişlənəcəyi istisna edilmir. Odur ki, Armen Sarkisyanın istefası hakimiyyətin Serj Sarqsyanın adamlarından təmizlənməsi, yeni konstitusiya islahatı üçün bir addımdır.

Sədrəddin Soltan

İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO

Xəbər xətti

Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
22:22 23.04.2024
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:23 23.04.2024
Prezident: COP29-dan əvvəl Ermənistanla baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür
16:17 23.04.2024
İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
16:09 23.04.2024
Qazaxın Aşağı Əskipara kəndində Azərbaycan bayrağı qaldırıldı
16:05 23.04.2024
İlqar Orucov: "Qarabağ Universiteti dünyanın nüfuzlu universitetləri sırasında olacaq"
16:00 23.04.2024
Azərbaycan Prezidenti: Dünya uzun illər hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq
15:58 23.04.2024
Qarabağın yenidən qurulmasına xərclənən vəsaitin MƏBLƏĞİ
15:54 23.04.2024
İlham Əliyev: “Çinlə əməkdaşlıq genişlənir”
15:51 23.04.2024
Hamısı