Omikron-a qarşı "Pfizer"in üç dozası, yaxud iki "Sinovac" + "Pfizer"… İki mühüm tədqiqat aparıldı, nəticələr açıqlandı

Dünya 22:16 25.01.2022

Koronavirusun “omikron” variantı dünyada artıq dominant ştama çevrilib. Elm adamlarının proqnozlaşdırdığı kimi “omikron” ştamı bütün dünyada çox sürətlə yayılır və virusun əvvəlki variantlarını “sıxışdırıb çıxarır”. Dünya Səhiyyə Təşkilatı (DST) “omikron” ştamını ən ciddi kateqoriyaya - “narahatlıq doğuran variant” kateqoriyasına daxil edib. “Omikron” ştamının əsas əlamətləri qripdən fərqlənmir, burun axması, boğaz, baş və əzələ ağrısı ən çox görülən simptomlar arasındadır. Müxtəlif ölkələrdən virusoloqlar bildirirlər ki, “omikron” ştamın simptomları müşahidə olunmazdan 2-3 gün əvvəl artıq yoluxucu ola bilər. Virus yuxarı tənəffüs yollarında asanlıqla çoxalır. Buna görə də “omikron” digər variantlardan daha sürətlə yoluxdurur. “Omikron” xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstələrdə ağırlaşmalara səbəb ola bilir.

Azərbaycanda da “omikron” ştamı yayılır. Səhiyyə naziri Teymur Musayev ötən həftə mətbuata açıqlamasında bildirib ki, Azərbaycanda “omikron” ştamına yoluxmalar artır və yoluxmaların əksəriyyətinin bu ştamla baş verdiyi şübhə doğurmur.

Qeyd edək ki, vaksinlərin omikron ştamına təsiri ilə bağlı bir çox inkişaf etmiş ölkələrdə tədqiqatlar aparılır. Sonuncu iki tədqiqatın nəticələri artıq ictimaiyyətə açıqlanıb. Belə ki, Amerika alimləri Pfizer/BioNTech peyvəndinin üçüncü dozasının qoruyucu təsiri ilə bağlı araşdırmaların nəticələrini açıqlayıblar. ABŞ-ın nüfuzlu qurumlarından olan Texas Universitetində aparılan araşdırmada Pfizer/BioNTech tərəfindən hazırlanan mRNA əsaslı peyvəndin koronavirusun “omikron” variantına qarşı azı 4 ay müddətində təsirli olduğu məlum olub.

Ednews virtualaz.org-a istinadən xəbər verir ki, tədqiqata rəhbərlik edən mikrobioloq Pei-Yong Shi bildirib ki, araşdırmaların nəticələrinə görə üçüncü doza ən azı 4 ay müddətində “omikron” variantından qoruyur. Əvvəlki araşdırmalarda isə peyvənd olunduqdan aylar sonra antikor səviyyəsinin azaldığı, buna görə də “omikron” variantının daha böyük təhlükə yarada biləcəyi müəyyən edilmişdi.

Pei-Yong Shi qeyd edib ki, peyvəndin üçüncü dozasından 4 ay sonra “omikron” varaintına qarşı təsirlər azalır. Lakin koronavirusun digər variantlara qarşı qoruyuculuq səviyyəsi yenə də yüksək olur.

Braziliya və İngiltərə elm adamları isə Sinovac-CoronaVac peyvəndinin iki dozasını vurduranlara üçüncü doza olaraq Pfizer/BioNTech peyvəndinin tətbiq edilməsinin təsirini  araşdırıblar. Oksford Universitetində çalışan alimlərlə Braziliya alimlərinin birgə araşdırmalarının nəticələri ictimaiyyətə açıqlanıb. Təxminən 50 ölkədə istifadə edilən Sinovac-CoronaVac peyvəndinin iki dozasını alanlara üçüncü doza olaraq Pfizer/BioNTech peyvəndi tətbiq edilib. Araşdırmanın nəticələrinə əsasən “Çin peyvəndi”nin iki dozasını vurduranlara üçüncü doza kimi “Pfizer”, yaxud AstraZeneca və ya Johnson & Johnson peyvəndlərindən birinin vurulması koronavirusun “omikron” ştamına qarşı qoruma səviyyəsini artırır.

Tədqiqata rəhbərlik edən professor Endryu Pollard bildirib ki, bu tədqiqat vektor peyvəndlərindən istifadə edən ölkələrdə qərar qəbul edilərkən yeni yanaşmanın tətbiqi üçün mühüm rol oynayır. Tədqiqat zamanı Türkiyədə də iki doza “Çin peyvəndi”nin ardınca üçüncü doza kimi “Pfizer”in tətbiq edilməsi nəticəsində yüksək qoruma səviyyəsinin əldə edildiyi vurğulanıb.

Ötən ilin dekabrında aparılan oxşar araşdırmada isə məlum olmuşdu ki, Sinovac-ın iki dozasından sonra üçüncü doza olaraq Pfizer/BioNTech peyvəndinin tətbiqi “omikron” variantına qarşı yüksək qoruyuculuq yaratmır. Tədqiqatda Sao Paulo və Salvadordan olan 1240 könüllünün məlumatlarından istifadə edilib.

Elm adamları hesab edirlər ki, “omikron” özünü hələlik yaxşı aparır. Ancaq “delta” və ya “omikron” kimi yeni variantların yaranmasına yol verməmək lazımdır. Bununla belə bir neçə gün əvvəl İsveçin Uppsala Universiteti Xəstəxanasında koronavirusun "omikron" variantının yeni mutasiyasını aşkarlayıb. Xarici KİV-lərin yaydığı məlumata görə, yeni alt variant cümə günü üç nəfər xəstədə müəyyənləşdirilib və BA.2. adı verilib. Hələlik bu mutasiya haqqında məlumat azdır, onun nə qədər təhlükəli və yaxud yoluxucu olması bəlli deyil. Yeni mutasiya Hindistanın Kəlküttə şəhərində yayılıb, habelə Danimarka və Norveçdə qeydə alınıb.

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlanır – VİDEO

Xəbər xətti

Nigerdən sonra Çad... - ABŞ Afrikadan qovulur
Nigerdən sonra Çad... - ABŞ Afrikadan qovulur
11:30 26.04.2024
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlanır – VİDEO
11:22 26.04.2024
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
11:20 26.04.2024
İlham Əliyev Almaniyada keçirilən tədbirdə İŞTİRAK EDƏCƏK
11:10 26.04.2024
Rəsmi İrəvandan XİN rəhbərlərinin Qazaxıstanda mümkün görüşü ilə bağlı AÇIQLAMA
11:09 26.04.2024
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
11:05 26.04.2024
LNG  AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
LNG AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
10:55 26.04.2024
XV Petersberq İqlim Dialoqunun ikinci günü BAŞLAYIB - VİDEO
10:52 26.04.2024
Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu APARILACAQ
10:43 26.04.2024
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
10:37 26.04.2024
Əgər Rusiya bu ərazini işğal etsə...
Əgər Rusiya bu ərazini işğal etsə...
10:30 26.04.2024
DİN-dən qəzalara səbəb olan piyadalarla bağlı MÜRACİƏT – VİDEO
10:23 26.04.2024
ABŞ-la Çin arasında Ay uğrunda RƏQABƏT - ANALİTİKA
10:20 26.04.2024
Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır
10:19 26.04.2024
Xocavənddə partlayıcı vasitələr aşkarlandı
10:14 26.04.2024
ABŞ-dan Ukraynaya böyük dəstək
ABŞ-dan Ukraynaya böyük dəstək
10:06 26.04.2024
Çin ABŞ-a xəbərdarlıq edib
Çin ABŞ-a xəbərdarlıq edib
09:44 26.04.2024
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - Yenilik
09:31 26.04.2024
Azərbaycan nefti ucuzlaşdı
09:20 26.04.2024
Bakıda 29 dərəcə isti olacaq - Günün HAVA PROQNOZU
09:16 26.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü
09:00 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
08:00 26.04.2024
"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Hamısı