"Rusiyanın Ermənistandan hərbi bazasını çıxarması çox da uzaqda deyil" ŞƏRH

Dünya 20:14 25.01.2022

Ötən gün Ermənistan ictimaiyyəti Rusiya və onun ölkədəki 102 saylı hərbi bazası ilə bağlı məsələ gündəliyə çıxarılıb.

Ednews xəbər verir ki, KONKRET.az Rusiyanın bu ölkədəki hərbi mövcudluğu və onun perspektivinə dair məsələni Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltanla müzakirə etdi. Onun məsələ ilə bağlı qənaətlərini diqqətinizə çatdırırıq:

– Ölkə ərazisində başqa dövlətin hərbi bazasının ictimai rəy nəzərə alınmadan yerləşdirilməsi, ölkənin suverenliyinin təhdid edilməsi ilə yanaşı, həm də qıcıq mənbəyidir. İstənilən ölkədəki arzuolunmayan əcnəbi hərbçi həm də işğalçının obrazını yaradır. Cənubi Qafqazda Rusiyanın hərbi bazası yerləşən yeganə ölkə Ermənistandır.

Ötən gün Ermənistan KİV-də bu ölkənin Türkiyə ilə münasibətləri yaxşılaşdıqdan sonra Rusiyanın 102 saylı hərbi hissəsini Gümrüdən çıxaracağı barədə xəbərlər yayılıb. Emənistan parlamentində bu məsələ ciddi müzakirəyə səbəb olub. Hakim “Vətəndaş razılaşması” parlament fraksiyasının deputatı Artur Ovannisyan bu məsələdən bəhs edərək deyib ki, Ermənistanla Rusiya strateji müttəfiqdir. O qeyd edib ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşamsı istiqamətində danışıqlar xüsusi nümayəndələr tərəfindən yeni başlayıb və hadisələrin inkişaf ilə bağlı məlumt veriləcək. O əlavə edib ki, KİV-də yayılan belə xəbərlərin əsası yoxdur və şərhə ehtiyac duymur: “Rusiya hərbi bazasının Ermənistandan çıxarılması reallığı əks etdirmir”. Bir müddət əvvəl isə Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsi ilə Türkiyənin münasibətlərinin normallaşması prosesindən danışarkən bildirmişdi ki, Rusiya, Avropa İttifaqı, ABŞ, region ölkələri bu əlaqələrin bərpasında maraqlıdır. Bir məsələni də qeyd edim ki, Rusiya hərbi bazasının Ermənistan ərazisində yerləşdirilməsinə dairi tərəflər arasında 1992-ci il avqustun 21-də müqavilə imzalanıb. 1994-cü il sentyabrın 1-də isə Ermənistanın Gümrü və Erebuni rayonlarında 102-ci hərbi bazası yaradılıb.

Rusiya hərbi bazaya görə Ermənistana icarə haqqı ödəmir. Müqavilənin hazırkı müddəti 2044-cü ilədəkdir. Bu hərbi hissədə 5 minə yaxın rusiyalı hərbçi xidmət edir. Bu baza həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sərhədlərinin mühafizəsini və Rusiyanın regiondakı maraqlarını təmin edir. Bu bazanın hərbçiləri Ermənistanda müxtəlif cinayət əməlləri törədiblər. 2015-ci il yanvarın 12-də 102 saylı hərbi hissəsinin əsgəri Valeri Permyakov Gümrüdə bir ailənin 7 üzvünü qətlə yetirmişdi. Ermənistan ictimaiyyəti, siyasi qüvvələri çoxsaylı etirazlar etdilər. Onun Ermənistanda mühakimə olunmasını Rusiya təmin etmədi. 2016-cı il avqustun 13-də Rusiyanın 5-ci qarnizonunun Hərbi-Səyyar Məhkəməsi V.Permyakovu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmək şərtiylə 10 il müddətinə azadlıqdan məhrum edib. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin üç maddəsi – fərarilik, silah oğurluğu və qanunsuz silah saxlama maddələri üzrə təqsirli bilib. Onun cəzasını Rusiya ərazisində çəkdiyi iddia olunur.

Əvvəllər də Gümrüdə Rusiya hərbçiləri erməniləri qətlə yetirib və buna görə cəzalandırılıblar. 1999-cu ildə Ermənistandakı Rusiya hərbçiləri Denis Popov və Aleksandr Kamenev şəhər bazarı yaxınlığında odlu silahdan atəş açıblar. Həmin hadisə nəticəsində iki nəfər ölüb, 10 nəfər isə yaralanıb. Gümrü məhkəməsi A.Kamenevi 15, Denis Popovu isə 14 il müddətinə azadlıqdan məhrum edib. Onda D.Popov cəzasının iki ilini, A.Kamenev isə 11 ilini Ermənistanda çəkdikdən sonra Rusiyaya qayıdıblar. Popovun cəzasının qalan müddətini harada çəkdiyi məlum deyil. Ermənistan KİV-inin məlumatına görə, o, Rusiyada yüksək vəzifəlilərdən birinin qohumudur. 2019-cu il dekabrın 3-də Gümrü şəhərində küçə süpürən 1961-ci il təvəllüdlü qadın Cülyetta Qazaryanı Rusiyanın 102 saylı hərbi bazasının hərbçisi xüsusi qəddarlıqla döyərək, öldürüb. Adı indiyədək açıqlanmayan həmin hərbçi ilə bağlı cinayət işi də açıqlanmadı. Ermənistanda müxtəlif səbəblərdən rusiyalı hərbçilərin də öldürülməsi hadisəsi baş verir. Bunlar adi cinayət hadisələri olaraq yanaşmaq sadəlövhlük olardı.

Çünki Ermənistandkı etiraz aksiyaları zamanı rusiya və onun Ermənistandakı hərbi bazasına qarşı etirazlar, həmin cinayətlərin adi məişət hadisələri omadığını təsdiqləyir. Odur ki, son günlər Ermənistan ictimaiyyətinin müzakirəsinə səbəb olan “Rusiya hərbçilərini çıxaracaq” mövzusunu da nəbz yoxlaması kimi dəyərləndirmək olar.

Nəzərə almaq lazımdır ki, Nikol Paşinyanın təmsil etdiyi siyasi qüvvələr vaxtı ilə Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılmasını tələb etmişdilər. Hətta 2018-ci ilin aprel hadisələri zamanı 102 saylı hərbi hissəyə qarşı etiraz aksiyaları keçirilmişdi. 2021-ci ilin noyabrında İrəvanda keçirilən etiraz aksiyalrınada “Rusiyanın Ermənistana xəyanət etdiyi” bildirilmiş, Rusiyadan imtina şüarları səslənmişdi. Ona görə gec-tez Ermənistanda Rusiyaya qarşı geniş və irimiqyaslı aksiyaların keçiriləcəyi və Rusiyanın hərbçilərinin bu ölkədən çıxaracağı ehtimalı azalmır. Çünki zaman keçdikcə Ermənistan cəmiyyəti müstəqil olmadığını və Rusiyanın vassalı olduğunu hiss edəcək, anlayacaq. Onda mövcud vəziyyətə üsyan edib, müstəqil olmaq istəyəcəklər. Bax, həmin vaxt bu gün əlçatmaz görünən və xəyal sayılan hadisələr reallaşacaq.

Sədrəddin Soltan

"Ermənistan sülh yolu ilə getməsə, Azərbaycan başqa üsullar tapacaq" - Aleksey Naumov - VİDEO

Xəbər xətti

Ukrayna rəsmisi: Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatıq
06:40 08.05.2024
Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
05:33 08.05.2024
Zaqatalada 10-dan artıq şəxs dönərdən zəhərlənib
04:21 08.05.2024
Azərbaycan parataekvondoçuları Avropa çempionatında iştirak edəcək
03:19 08.05.2024
Şotlandiyanın yeni hökumət başçısı məlum olub
02:18 08.05.2024
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
01:00 08.05.2024
202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb - SƏBƏB
00:16 08.05.2024
Paşinyan: “KTMT-nin Ermənistanda qalması üçün müharibə lazımdır”
23:44 07.05.2024
Aygün Bəylərin ailəsi tiktoker Ləmanla bağlı polisə şikayət edib
23:23 07.05.2024
DİQQƏT! Səhiyyə Nazirliyi və Elektron Təhlükəsizlik Xidməti əhaliyə müraciət edib
23:09 07.05.2024
Kilian Mbappenin "Real"da geyinəcəyi forma nömrəsi bəlli olub
23:00 07.05.2024
Polşada ölkənin avroya keçməyə hazırlığı qiymətləndirilib
22:33 07.05.2024
Naxçıvanda ASAN Vəkil Bürosu açılıb
22:12 07.05.2024
Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib
21:54 07.05.2024
Quterreş: Qəzzada atəşkəs əldə olunmasa, faciə baş verəcək
21:30 07.05.2024
Azərbaycanın iqlim dəyişikliyi üzrə Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib
21:14 07.05.2024
“ÖLÜM AXTARAN QADIN” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb
20:51 07.05.2024
Brüsseldə Azərbaycan-Ermənistan normallaşma prosesində regional dinamika müzakirə edilib
20:49 07.05.2024
İtaliyanın "Yuventus" klubu heyətini gücləndirib
20:34 07.05.2024
Avstriya XİN başçısı: NATO-ya üzv olmayacağıq
20:05 07.05.2024
Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib
19:50 07.05.2024
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkətin bərpa olunacağı vaxt açıqlanıb
19:30 07.05.2024
Həcc vizası olmayan şəxslər cərimə ediləcək
19:19 07.05.2024
Azərbaycan Slovakiya ilə standartlaşdırma üzrə birgə layihə reallaşdıracaq
19:00 07.05.2024
Slovakiyalı nazir: Bakı və Bratislava müdafiə sahəsində mümkün əməkdaşlığın istiqamətlərini müəyyənləşdiriblər
18:44 07.05.2024
Pakistanın Milli Müdafiə Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib
18:33 07.05.2024
Əli Əsədov Ankarada Heydər Əliyevin abidəsini ziyarət edib
18:24 07.05.2024
Denisa Sakova: “Slovakiya tədarükləri şaxələndirmək üçün Azərbaycan təbii qazına ümid edir”
18:07 07.05.2024
Slovakiya Baş nazirinin Azərbaycana səfəri BAŞA ÇATDI
17:50 07.05.2024
Ukraynadan gətirilən 20 ton ət yararsız çıxdı
17:36 07.05.2024
Bu xəstəxananın vəzifəli şəxsi həbs olundu - DETALLAR
17:27 07.05.2024
Zaxarova: "Londonun təhdidləri reallaşarsa, Rusiya Britaniyanın hərbi obyektlərini vura bilər"
Zaxarova: "Londonun təhdidləri reallaşarsa, Rusiya Britaniyanın hərbi obyektlərini vura bilər"
17:11 07.05.2024
Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər – RƏSMİ
17:00 07.05.2024
Trampın məxfi sənədləri üzrə məhkəmə prosesi bu vaxt başlayacaq...
Trampın məxfi sənədləri üzrə məhkəmə prosesi bu vaxt başlayacaq...
16:46 07.05.2024
Slovakiyanın baş naziri Şəhidlər xiyabanını ziyarət edib
16:35 07.05.2024
Azərbaycan vasitəçiliyi: Türkiyə ilə İsrail münasibətində yeni dövr? - MÜSAHİBƏ - VİDEO
16:35 07.05.2024
Bakı funikulyorunda gediş haqqı artırılıb? - RƏSMİ CAVAB + FOTO
16:25 07.05.2024
Bolqarıstan Prezidenti Azərbaycana GƏLDİ
16:15 07.05.2024
Sumqayıtda təhsil müəssisəsində 250 minlik MƏNİMSƏMƏ - Cinayət işi açıldı
15:57 07.05.2024
Novruz Məmmədov vəzifəsindən azad edildi
15:53 07.05.2024
Hamısı