Rusiya Ukraynaya müdaxilə edərsə Türkiyə hansı addımı atacaq? - Ərdoğan açıqladı - ednews.net

25 May, Çərşənbə

(+994 50) 229-39-11

Rusiya Ukraynaya müdaxilə edərsə Türkiyə hansı addımı atacaq? - Ərdoğan açıqladı

Dünya A- A A+

Rusiya Ukraynaya hücum edəcəyi halda NATO çərçivəsində üzərinə götürdüyümüz öhdəlikləri yerinə yetirməyə davam edəcəyik. 

EDNews xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin NTV telekanalına müsahibəsi zamanı deyib.

Ərdoğan Türkiyənin hansı addımları ata biləcəyini və Şimali Atlantika Alyansının üzvü olaraq hansı öhdəlikləri götürdüyünü açıqlamayıb.

"Hazırda biz mövcud böhranın dialoq və diplomatiya yolu ilə həllini tapmaq istəyirik. Rusiya və Ukraynanı konstruktiv və təmkinli davranmağa çağırmaqda davam edirik. Lakin Türkiyə NATO-ya üzvlük tələblərini yerinə yetirəcək", - Ərdoğan bildirib.

"Türkiyə əvvəldən Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyib", -deyə o əlavə edib. 

“Rusiyanın Ukraynanın ərazi bütövlüyünü pozan addımlarına, xüsusilə Krımın ilhaqına qarşı açıq mövqe tutmuşuq”, - deyə Ərdoğan bildirib. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...