Yəmənin Mərib şəhərində 2014-cü ildən bugünə qədər İran dəstəkli Husilərin həyata keçirdiyi hücumlar nəticəsində 296 uşaq həlak olub, 732 uşaq isə yaralanıb.
Ednews xəbər verir ki, bu məlumat Məribdəki İnsan Hüquqları İdarəsinin dərc etdiyi hesabatda qeyd edilib.
Bəzi azyaşlıların isə hücum, işgəncə, həbs və yoxa çıxma kimi vəziyyətlərə məruz qaldığı bildirilib.
Xatırladaq ki, 2014-cü ildə Husilər Yəmənin paytaxtı Sananı ələ keçirib və dövrün prezidenti terror birləşmələrinin tələblərini qəbul etməyərək istefa verib. 2015-ci ildə silahlı Xalq Komitələri ilə Husilər arasında başlayan münaqişələr bugünədək davam edir.
Qeyd edək ki, hazırda ağır müharibə şəraitində yaşayan Yəməndəki 27,6 milyonluq əhalinin 75%-i humanitar yardıma ehtiyac duyur.
Aysel Bədəlova